Şəxsi məlumatlarımız TƏHLÜKƏDƏ: Boşluqların olması nə ilə əlaqədardır?

Şəxsi məlumatlarımız TƏHLÜKƏDƏ: Boşluqların olması nə ilə əlaqədardır?Ötən ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlamalar və monitorinqlər nəticəsində dövlət qurumlarının 625 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Tək 2024-cü ilin sentyabrda isə 78 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da bir il əvvələ nisbətən 42 faiz çoxdur. Xatırladaq ki, bu rəqəm hər il artan istiqamətdə inkişaf edir. Dövlət qurumlarının informasiya sistemlərində boşluqların olması nə ilə əlaqədardır? Bu boşluqların olması saxlanılan məlumatlarımızın təhlükəsizliyini risk altına atırmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"İnformasiya sistemlərinə müdaxilə etmək mümkündür"

İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyevin sözlərinə görə, təhlükəsizlik boşluqları dedikdə, hansısa proqram və yaxud aparat təminatında olan boşluqlar nəzərdə tutulur: "O boşluqlar vasitəsilə informasiya sistemlərinə müdaxilə etmək mümkündür. Məsələn, hər hansı özəl və ya dövlət müəssisəsinin saytı var və müəyyən proqram təminatı ilə çalışır. Bu proqram təminatının hər hansı birində bilinən və ya bilinməyən çatışmazlıq, boşluq olanda istehsalçısı onu istifadəçilər üçün əlçatan etdiyi anda həmin proqram təminatının kodları müxtəlif şəxslər tərəfindən təhlillərə, analizlərə məruz qalır. Kodların araşdırılması nəticəsində müəyyən olunur ki, proqram təminatını kodlayan şəxs orada boşluqlara yol verib və müdaxilə etmək olur. Sonra isə bu boşluqlar aşkarlanır və aradan qaldırılır".

Boşluqları yaradan səbəblər

Ekspertin fikrincə, təhlükəsizlik boşluqları insan məsuliyyətsizliyinin, yaxud bu sahədə kifayət qədər məlumatı olmayan mütəxəssisin yol verdiyi xəta nəticəsində yarana bilər: "Məsələn, məlumatların olduğu proqram təminatının yerləşdiyi server otağının qapısı açıq qalarsa, yaxud orada təhlükəsizliklə bağlı tələblər gözlənilmirsə, buradakı boşluğun səbəbi mütəxəssisdir. Yaxud proqram təminatını hazırlayanlar problemi öncədən görə bilmir və sonradan həmin kodların xətalı olduğu üzə çıxır. Bunu da aradan qaldırmaq üçün yenilənmələr edilir".

F.Mirəliyev boşluqların hər il artmasına da münasibət bildirdi: "Boşluqların ildən ilə artmasının səbəbi odur ki, bundan əvvəl daha az müəssisələr yoxlanılırdı, yaxud daha az informasiya sistemləri var idi. Məsələn, hər hansı təşkilatın keçən il saytı yox idisə, bu il artıq var. Keçən il hansısa informasiya sistemində boşluq olmayıb, lakin bir il sonra proqram təminatı yenilənməyib deyə, hakerlər və ya digər təşəbbüs qrupları tərəfindən təhlükəsizliklə bağlı boşluqlar aşkarlanır".

Həm təhlükədəyik, həm də deyilik

Ekspertin sözlərinə görə, təhlükəsizlik boşluğu aşkarlanıbsa, deməli, həmin informasiya sistemləri və onların yerləşdiyi şəbəkələr və alt şəbəkələr risk qrupuna aid edilir. Məsələn, hər hansı bir saytda təhlükəsizlik boşluğu var və bu aradan qaldırılmayıbsa, orada hər an insident baş verə bilər: "Sayt müəssisənin daxilində və ya kənarda yerləşdirilə bilər. Kənardadırsa, orada qorxu yoxdur, çünki mühit qorunur. Amma ola bilər ki, kənarda qorunan saytlardan biri ələ keçirilsin. Bu zaman digərlərinə də daxil ola bilərlər. Daxildədirsə, bu zaman şirkətin bütün infrastrukturu risk altına düşür. Orada informasiya sistemləri saxlanılırsa, risk yaranır. Amma bu hallar nisbidir. Konkret "təhlükədəyik" deyə bilmərik".

F.Mirəliyev bildirdi ki, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün kompleks tədbirlərin icra olunması tələb edilir: "Hər bir standartın tələblərinin yerinə yetirilməsi nəticəsində təhlükəsizliklə bağlı riskləri azaltmış olurlar. Məsələn, proqram təminatında yeniləmələr icra olunmursa, bu, edilməlidir. Əgər kompüter avadanlığının fiziki təhlükəsizliyi təmin oluna bilmirsə, təhlükəsizlik təmin olunmalıdır".

Təhlükəsizliyi artırmaq üçün nə etməliyik?

Kibertəhlükəsizlik platformasının rəhbəri Şahin Əliyevin fikrincə, köhnə proqram təminatlarında təhlükə riski yüksək idi, lakin hazırda onlar demək olar ki, aradan qaldırılıb: "Həm özəl, həm də dövlət qurumlarında islahatlar başlayıb, yeni proqramlar inkişaf etdirilir. Bəzi proqramların daxilində də versiyası köhnə olan datalar yenilənir. Köhnə versiyalarda müəyyən qədər boşluq ola bilir. Bu da istifadə olunan kodlaşma dilinin versiyalarına görədir. Heç bir şəkildə yüz faizlik təhlükəsizlik mövcud deyil. İslahatlar, yeni sistemlərin tətbiqi təhlükəsizliyi artırmaq üçündür. Yəni hazırda böyük risklər yoxdur".

Ş.Əliyev bildirdi ki, əslində boşluqların aşkarlanması müsbət hadisədir: "Sistemlərdə olan boşluqlar aşkarlanırsa, bu, ölkəmizdə kibertəhlükəsizliyin inkişaf etdiyini göstərir. Bunun qarşısının alınması üçün də yeni texnologiyalar istifadə olunur. Boşluqların yaranma səbəbləri inkişafdır. Artıq ölkəmiz qlobal miqyasda kibertəhlükəsizlik üzrə 195 ölkə arasında 12-13-cü yerlərdədir".

Ekspertin sözlərinə görə, unudulan və yaxud dövlət qurumlarının daxilində elə saytlar var ki, onların versiyaları köhnədir. Bu səbəbdən qurumlar çalışmalıdırlar ki, sistemlərini daim yeni tutsunlar: "İstifadə olunan kodlara baxılmalıdır. Həm özəl, həm də dövlət qurumları bunun üçün sistemlərinə yatırım etməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 590   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15.10.2026 211
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 195
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

15.10.2026 257
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 129
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 256
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15.10.2026 258
.

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub. Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hə

15.10.2026 277
.

Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?

Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin

15.10.2026 202
.

İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu

Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"

15.10.2026 213
.