"Azərbaycan qarşı yürüdülən hər hansı bir təhqir yolverilməzdir və cavabı da anında verilməlidir"-DEPUTAT

"Azərbaycan qarşı yürüdülən hər hansı bir təhqir yolverilməzdir və cavabı da anında verilməlidir"-DEPUTAT"İran və Azərbaycan münasibətləri ölkəmiz tərəfindən rasional, qonşuluq və dostluğa söykənən münasibətlər konteksindən baxılaraq inkişaf etdirilib. Təəssüflər olsun ki, biz bu münasibəti qonşu ölkədən görməmişik. Hələ Qarabağ münaqişəsi dövründə İran qeyri-konstruktiv mövqe sərgiləyib. Ermənistana dəstək verərək, Azərbaycanın ərazilərində qeyri-qanuni hərəkətlər edirdi. Bunları təbii ki, ölkəmiz bilirdi. Lakin Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə etmədi, əksinə münasibətləri normal saxladı. Hər məsələdə Azərbaycan qonşuluq və tarixə söykənən ənənələrə sadiq qaldı".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərli bildirib.

O, qeyd edib ki, İran 2020-ci ildə Vətən müharibəsi dövründə də Ermənistanı dəstəkləyərək hərbi təlimlər keçirməyə başladı. Azərbaycana qarşı açıq-aşkar dost olmayan münasibət göstərdi. Buna baxmayaraq, cənab Prezident Xudafərin körpüsünü dost və qardaş körpüsü adlandırdı. İran isə bu jesti Azərbaycan səfirliyinə hücum etməklə qiymətləndirdi. Bu terror hərəkəti ilə Azərbaycanla arasındakı bütün körpüləri yandırdı. Bundan sonra artıq İran-Azərbaycan münasibətləri eyni səpkidə inkişaf etmədi:

"Azərbaycan öz səfirliyinə qarşı törədilən terror aktının səbəbkarlarının cəzalandırılmasını gözləyir. Cənab Prezident yeri gələndə mediaya verdiyi müsahibəsində də bunu bildirdi.
Zaman-zaman iranlı məmurlar və deputatlar Azərbaycan xalqına və Prezidentinə qarşı nalayiq ifadələr işlətdilər. Bu həddi aşan və əndazədən çıxan siyasi ədəbsizlər təbii ki, Azərbaycan tərəfindən layiqincə cavablarını alırlar. Cənab Prezident də xüsusi olaraq bildirdi ki, rəsmi Tehran mütləq üzr istəməlidir.
Biz əsasən Azərbaycan səfirliyinə qarşı törədilən terroru və onu sifariş edənlərin cəzalandırılmasını gözləyirik. Bu məsələ gecikmədən öz həllini tapmalıdır. İran bu məsələdə hər hansı bir siyasi manipulyasiyaya yol verməməlidir. Konkrekt olaraq, məsələni həll etməlidir. Düşünürəm ki, bu məsələ həllini tapacaq. Azərbaycana qarşı yönəldilən hər hansı bir təhqir yolverilməzdir və cavabı da anında verilməlidir. Biz İranla konstruktiv, normal münasibətlərin tərəfdarıyıq. Qonşu dövlət sülh şəraitində normal məcrada inkişaf edən siyasət yürütməlidir. Azərbaycan tərəfi bütün öhdəlikləri layiqincə icra edir. İran da bu cür qarşılıq verməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 14 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hitlerin doğulduğu ev polis bölməsi oldu - Foto

Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir

23.07.2026 504
.

Bu teatra yeni direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dra

14:09 174
.

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda

23.07.2026 481
.

2-ci kurs tələbəsi vəfat etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. BİG.AZ "Azərbaycan Universitetləri"nə istinadən xəbər verir ki, dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib

10:15 404
.

Şamaxıda zəlzələ oldu

Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 3 km olub. Zəlzələ hiss edilməyib

10:09 339
.

Hindistanda güclü daşqınlar: ölənlərin sayı 41 nəfərə çatdı

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışlar daşqınlarla nəticələnib. xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb. Hadisə nəticəsində ölənlərin sayı 41-ə yüksəlib. Daşqınlar ştatın 25 rayonunda 727 mindən çox insana təsir edib. 100-dən çox şəxsin itkin düşdüy

23.07.2026 409
.

Ucuz qiymətin görünməyən tərəfi: Şəxsi markalı məhsullar nə qədər etibarlıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Son illər Azərbaycanda fəaliyyət göstərən iri supermarket şəbəkələrinin əksəriyyəti "PL" (Private Label - şəxsi marka) məhsullarının çeşidini genişləndirir. Bu məhsullar adətən bazarda tanınmış brendlərlə müqayisədə daha münasib qiymətə təklif olunur və alıcıların diqqətini cəlb edir. Laki

11:53 347
.

İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad

14:20 172
.

Tramp Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü bildirib ki, 24 sentyabrda ABŞ-a səfəri zamanı Çin prezidenti Si Cinpinlə süni intellekt mövzusunu müzakirə edəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Si Cinpin səfəri, Trampın bu ilin əvvəlində Çinə səfəri zamanı görüşməsindən sonra baş tutub. Tram

11:31 340
.

TOP MP3