"İranın ali rəhbərliyi Azərbaycan Prezidentindən üzr istəməlidir" - Bəhruz Məhərrəmov

"İranın ali rəhbərliyi Azərbaycan Prezidentindən üzr istəməlidir" - Bəhruz Məhərrəmovİranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra Azərbaycan Prezidenti barədə təhqiramiz ifadələrlə çıxış edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin depuatı Bəhruz Məhərrəmov bildirib ki, istər Ərdəbilin, istərsə də Qəzvinin əyalət mollasının bəyanatları özfəaliyyət hesab oluna bilməz. Təbii ki, İranın mərkəzi hakimiyyəti tərəfindən dəstəklənən və əyalət mollalarının dili ilə səslənən bəyanatlar Azərbaycanın bölgədə artan güc və imkanları, güclənən hərbi-siyasi mövqeyinə hansısa formada mənfi təsir edə bilməz. Nə qədər gec deyil, əyalət mollalarının zəncirini əlində saxlayan İran ali rəhbərliyi bu təxribatçıların ağzını yummalı, ipini çəkməli və onların məsuliyyətlərini öz boynuna götürərək rəsmən Azərbaycandan və Azərbaycan Prezidentindən üzr istəməlidir:

"Ərdəbilin imam cüməsinin ardınca İran Xarici İşlər Nazirliyinin üzrxahlığına baxmayaraq bu dəfə ali dini liderin Qəzvindəki nümayəndəsinin özünə layiq ifadələr işlətməsi İranın mehriban qonşuluq niyyətində olmadığını, bölgədə sağlam əməkdaşlıq mühitinin yaradılmasını arzu etmədiyini göstərir. Aydındır ki, Qəzvin şəhərinin imam cüməsi ali rəhbərlik tərəfindən təyin olunub və teokratik dövlətdə müvafiq əyalət üzrə əsas şəxsdir. Belə bir statusa malik şəxsin ifadələri təsadüf hesab edilə bilməz və birmənalı şəkildə deyə bilərik ki, necə ki Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təsadüfi sayıla bilməzdi, eləcə də istər Ərdəbilin, istərsə də Qəzvinin əyalət mollasının bəyanatları özfəaliyyət hesab oluna bilməz. Təbii ki, İranın mərkəzi hakimiyyəti tərəfindən dəstəklənən və əyalət mollalarının dili ilə səslənən bəyanatlar Azərbaycanın bölgədə artan güc və imkanları, güclənən hərbi-siyasi mövqeyinə hansısa formada mənfi təsir edə bilməz. Əksinə, Suriya başda olmaqla, Yaxın Şərqdə mövqelərini köklü şəkildə itirmiş, qlobal miqyasda çoxsaylı sanksiyalara məruz qalmış İran özü özünün vəziyyətini çətinləşdirir. Görünən odur ki, qürub çağını yaşayan molla rejimi çarəsizlikdən atdığı addımların mahiyyətini dərk edə bilmir və Azərbaycanla gərginləşən münasibətlərin İran üçün bərpaolunmaz ağır nəticələrə gətirib çıxaracağını dərk etmək istəmir. Bu mənada, nə qədər gec deyil, əyalət mollalarının zəncirini əlində saxlayan İran ali rəhbərliyi bu təxribatçıların ağzını yummalı, ipini çəkməli və onların məsuliyyətlərini öz boynuna götürərək rəsmən Azərbaycandan və Azərbaycan Prezidentindən üzr istəməlidir. Təxribatçı əyalət mollaları isə birmənalı şəkildə vəzifələrindən qovulmalı, istər bölgədə Azərbaycanla İran arasında nifaq salınmasına və bu nifaqın dərinləşməsinə görə, itərsə də İranın özünün əsaslandığı "İslam birliyi" ideologiyasına qarşı açıq formada çıxış etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2586   Tarix: 14 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15.10.2026 255
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 225
.

17 Oktyabr - Füzuli Şəhəri Günü: Zəfərin, qayıdışın və milli iradənin təntənəsi

"17 Oktyabr Azərbaycan tarixində torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Füzuli Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin işğaldan azad olunması tarixi deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanları

15.10.2026 202
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad

15.10.2026 239
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15.10.2026 233
.

"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15.10.2026 184
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15.10.2026 148
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15.10.2026 211
.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

15.10.2026 203
.