Gizli sənədlər ortaya çıxdı: Sarayın içindəki sovet casusundan illərlə xəbərsiz olublar

Gizli sənədlər ortaya çıxdı: Sarayın içindəki sovet casusundan illərlə xəbərsiz olublarBöyük Britaniya Kraliçası II Elizabetin ölümündən 2 ildən çox vaxt keçsə də, onun 71 il davam edən hakimiyyət dövrünə dair bir çox məxfi məlumat hələ də üzə çıxır.

Qaynarinfo xəbər verir ki, bu məlumatlardan biri də bu günlərdə üzərindəki məxfilik qərarı ləğv edilərək Britaniyanın Milli Arxivlərinə daxil edilmiş MI5 sənədlərində ortaya çıxıb.

Sarayın daxilindəki casus: Entoni Blant

Britaniyanın daxili kəşfiyyat xidməti MI5-ın yayımladığı sənədlərə görə, uzun illər boyunca Kraliça II Elizabetin sarayında Sovet casusu olan biri fəaliyyət göstərib. Söhbət Kraliyyət Rəsm Kolleksiyasının qoruyucusu və tanınmış sənət tarixçisi Entoni Blantdan gedir. 1964-cü ildə Blant 1930-cu illərdən bəri Sovet İttifaqı üçün casusluq etdiyini etiraf edib.

Sənədlərə əsasən, Blantın casusluq fəaliyyəti II Dünya müharibəsi zamanı başlasa da, bu həqiqət Kraliça II Elizabetə yalnız 1970-ci illərin əvvəlində, yəni etirafından təxminən 9 il sonra bildirilib. Maraqlıdır ki, sənədlərdə Kraliçanın bu xəbəri aldıqda son dərəcə sakit olduğu və heç bir təəccüb ifadə etmədiyi vurğulanır.

Niyə illərlə gizli saxlanıldı?

Əslində Blantın casus olduğunu Kraliçaya daha uzun müddət deməməyi planlaşdırıblar. Lakin Blantın ölümcül bir xərçəng xəstəliyinə tutulduğu və həyatının qısa müddətdə sona çatacağı ehtimalı vəziyyəti dəyişib.

Öldükdən sonra onun keçmişinin və məhkəməyə cəlb olunmamasının üzə çıxacağı ehtimalı saray və hökumət rəsmilərini narahat edib. Artıq jurnalistlər Blantın ikili həyatı haqqında araşdırmalar aparmağa başlyıb və qalmaqalın qarşısını almaq çətinləşib.

İlk şübhələr 1951-ci ildə yaranıb

MI5 Blantın casus olduğundan ilk dəfə 1951-ci ildə şübhələnməyə başlayıb. O vaxt Blantın yaxın dostları və Sovet casusları olan Qay Börces və Donald Makklin Britaniyadan qaçaraq Sovet İttifaqına sığınıb.

Blant və Börces 1930-cu illərdə Kembric Universitetində oxuyub və o dövrdən yaxın dost olublar. Onlar daha sonra "Kembric Beşliyi" adı verilən Sovet agentləri qrupunun üzvləri olub. Bu beşliyə Blantdan başqa Kim Filbi, Donald Makklin, Qay Börces və Con Kernkross daxil idi.

II Dünya müharibəsi zamanı MI5-da çalışan Blant 1951-ci ildən sonra 11 dəfə dindirilsə də, hər dəfə casusluq etdiyini inkar edib. Lakin ABŞ vətəndaşı Maykl Streytin FTB-yə verdiyi ifadə Blantın sonunu gətirib. Streyt Blantın onu Sovetlər üçün casusluq etməyə razı saldığını bildirmişdi.

Etiraf və MI5-ın təklifi

1964-cü il aprelin 23-də MI5 müstəntiqi Artur Martin Blantla görüşərək ona bildiklərini danışdığı halda məhkəməyə verilməyəcəyinə dair söz verib. Blant bunun müqabilində casusluq etdiyini tam etiraf edib.

Sənədlərdə Blantın danışarkən narahat olduğu, hər suala uzun fasilələrlə cavab verdiyi və bu müddətdə daxili mübarizə apardığı qeyd edilib. Blant etirafı zamanı "vicdanımla savaşmaq üçün mənə 5 dəqiqə vaxt verin" deyərək vəziyyətini açıqlayıb.

Kraliçaya nə vaxt bildirildi?

Blantın casus olduğu barədə məlumatın 1973-cü ildə, o vaxt Kraliçanın xüsusi katibi olan Martin Çarteris tərəfindən II Elizabetə çatdırıldığı sənədlərdə yer alır. MI5-ın direktoru Maykl Hanli tərəfindən imzalanan bir sənəddə qeyd olunur ki, Çarteris Kraliçanın bunu çox sakit və təəccübsüz qarşıladığını bildirib.

Sənəddə "Kraliça, Börces və Makklin hadisələrindən sonra Blantdan da şübhələnildiyini xatırladığını dedi" ifadəsi yer alıb. Bu, Kraliçanın vəziyyətdən daha əvvəl xəbərdar ola biləcəyini göstərir.

Blantın cəzası və ictimaiyyətə açıqlanması

Blant etirafından sonra uzun müddət sarayda fəaliyyətini davam etdirib. Hətta Şöhrət ordeni ilə mükafatlandırılıb. Lakin 1979-cu ildə Baş nazir Marqaret Tetçer parlamentdə etdiyi çıxış zamanı Blantın keçmişini ictimaiyyətə açıqlayıb. Bu hadisədən sonra onun bütün titulları və mükafatları əlindən alınıb. Blant 1983-cü ildə, 75 yaşında vəfat edib.

Blantın casus olduğu və Kraliçanın bu vəziyyətdən nə vaxt xəbərdar olduğu hələ də müzakirə mövzusudur. Lakin yeni açılan sənədlər göstərir ki, bu qalmaqal Kraliça II Elizabetin hakimiyyəti dövründə saray üçün ən böyük sirlərdən biri olub. Bu hadisə, həm də İngiltərə kəşfiyyat xidmətlərinin belə bir təhlükəni necə uzun müddət gizlətməyə çalışdığını ortaya qoyur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. "Qafqazinfo" xəbər verir ki, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağ

10:32 326
.

Zelenski ABŞ-yə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini bildirib. xəbər verir ki, o bu barədə TSN telekanalına müsahibəsində qeyd edib. O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcəyini istisna etməyib. "Çox güman ki, ABŞ-də görüşümü

23.07.2026 385
.

İran ABŞ-ın Küveytdəki hərbi bazasını vurduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdə yerləşən hərbi obyektinə zərbə endirildiyini bəyan edib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hücum zamanı ABŞ-ın Əl-Ədiri hərbi bazasında silah-sursat və hərbi texnikanın saxlanıldığı üç anqar, həmçini

15:33 55
.

Bu teatra yeni direktor təyin olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dra

14:09 136
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23.07.2026 502
.

Putinin işdən çıxardığı Melikov siyasətə qayıdır?

Bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən işdən çıxarılan Dağıstanın keçmiş rəhbəri Sergey Melikova yeni vəzifə təklif edilib. "AzPolitika" xəbər verir ki, ona Bryansk vilayətindən senatorluğa namizədliyini irəli sürməsi təklif olunub. Bu təklifi isə müvəqqəti olaraq Bryans

23.07.2026 413
.

İran ABŞ-ın Bəhreyn və İordaniyadakı hərbi bazalarını hədəf alıb

İranın Press TV kanalının verdiyi məlumata görə, İran ordusu cümə günü səhər saatlarında Bəhreynin Şeyx İsa və İordaniyanın Əl-Əzraq hava bazalarındakı ABŞ hədəflərinə hücum dronları atdığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət televiziyası IRIB tərəfindən yayımlanan İran hərbi videosund

10:30 307
.

Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopteri

23.07.2026 376
.

Rusiya Kiyevi raket atəşinə tutdu, paytaxtda partlayışlar baş verdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə növbəti raket hücumu həyata keçirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhər meri Vitali Kliçko bildirib ki, paytaxtın müxtəlif ərazilərində partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb. Ukrayna Silahl

15:08 102
.

TOP MP3