Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb, adlar məlum olub
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb.
BiG.AZ-ın məlumatına görə, Baş Prokurorluq dövlət ittihamını müdafiə edən əməkdaşların adlarını açıqlayıb.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə həmin qrupa Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova daxil ediliblər.
Xatırladaq ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin - Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan, Erik Qazaryanın və Qarabağda keçmiş separatçı qurumda "dövlət naziri" olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayıb.
Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir.
Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 597 Tarix: 17 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad
14:20 111 Vuçiç sözünə əməl etdi: Seçkilər keçiriləcək
Serbiyada növbədənkənar parlament seçkiləri bu payız, oktyabr və ya noyabr aylarında, prezident seçkiləri isə bir az sonra keçiriləcək. xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib. "Mən sözümə əməl edəcəyəm. İndi isə xalqın öz iradəsini ifadə etmə zamanıdır. Parlament seçkilər
23.07.2026 374 Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışd
12:26 317 "Space TV"nin bank hesablarına həbs qoyuldu (SƏBƏB)
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib
13:05 327 Rəngli makaronlar sağlamlıq üçün təhlükəlidirmi?
Son illər market rəflərində və restoran menyularında müxtəlif rənglərdə - yaşıl, qırmızı, qara, narıncı və bənövşəyi makaronlara daha çox rast gəlinir. Görünüşü ilə diqqət çəkən bu məhsullar istehlakçılarda maraqla yanaşı, müəyyən suallar da yaradır. Rəngli makaronlar hansı üsulla hazırlanır?. Onları
13:32 312 İran ABŞ-ın Bəhreyn və İordaniyadakı hərbi bazalarını hədəf alıb
İranın Press TV kanalının verdiyi məlumata görə, İran ordusu cümə günü səhər saatlarında Bəhreynin Şeyx İsa və İordaniyanın Əl-Əzraq hava bazalarındakı ABŞ hədəflərinə hücum dronları atdığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət televiziyası IRIB tərəfindən yayımlanan İran hərbi videosund
10:30 305 Ucuz qiymətin görünməyən tərəfi: Şəxsi markalı məhsullar nə qədər etibarlıdır? - İQTİSADÇIDAN AÇIQLAMA
Son illər Azərbaycanda fəaliyyət göstərən iri supermarket şəbəkələrinin əksəriyyəti "PL" (Private Label - şəxsi marka) məhsullarının çeşidini genişləndirir. Bu məhsullar adətən bazarda tanınmış brendlərlə müqayisədə daha münasib qiymətə təklif olunur və alıcıların diqqətini cəlb edir. Laki
11:53 326 2-ci kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. BİG.AZ "Azərbaycan Universitetləri"nə istinadən xəbər verir ki, dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib
10:15 383 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta, San-Marino və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrində
14:42 88