"Peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var"-Elşən Qafarov

"Peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var"-Elşən QafarovHazırda texnologiya və elmin, buna paralel olaraq da sənayeləşmənin inkişaf etdiyi ölkələrdə yeni texnoloji sistemlərin kütləvi tətbiqi xüsusi keyfiyyətlərə malik insan kapitalının yetişdirilməsinə ehtiyac yaranıb. Keyfiyyətli insan yetişdirilməsi üçün həm də müasir tələblərə cavab verən, yeni məzmunlu texniki peşə təhsili qurulmalı və bu zaman təhsilalanlara müasir texnoloji metodların mənimsədilməsi əsas götürülməlidir. Sözsüz ki, texniki peşə məktəblərində verilən bu nəzəri və praktiki biliklər təkbaşına qənaətbəxş olmayacaqdır. Avropada ən güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərə kimi ölkələrin peşə təhsili modeli digər ölkələrinkindən kəskin surətdə fərqlənir. Bu modellər Azərbaycan peşə təhsili sisteminə uyğunlaşdırılaraq tətbiq olunur. Dünyadakı peşə təhsili modelləri əsasında formalaşan, inkişaf edən Azərbaycan peşə təhsili sistemində bəzi məqamlarda kökü müxtəlif səbəblərə dayanan problemlər meydana çıxır. Ona görə də, Azərbaycanda peşə təhsilinin gələcəkdə güclü modelə çevrilməsi üçün qabaqcadan yarana biləcək problemlər proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə 2017-ci ildən başlayaraq peşə təhsili sahəsində islahatlar həyata keçirilməyə başlanıb. 2018-ci ildə peşə təhsili haqqında qanun qəbul edilib. Hazırda 5 peşə təhsil mərkəzi, 17 peşə liseyi və 12 peşə məktəbi fəaliyyət göstərir. Hazırda Peşə Təhsili Agentliyi də yaradılıb:

"Peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var"-Elşən Qafarov"Peşə Təhsili Agentliyində hazırda yarıtmaz fəaliyyət mövcuddur. Bunun səbəbi isə həmin agentliyə təhsillə bağlı olmayan insanların rəhbərlik etməsidir. Peşə təhsili müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq qurulmur. İstər dövlət, istərsə də özəl müəssisələr üçün kadr hazırlığı həyata keçirilməlidir.
Hər bir peşə təhsili müəssisəsi ölkədəki müəssisələrlə əməkdaşlıq etməlidir. Lakin bizim peşə təhsili müəssisələrimiz buna hazır deyil, çünki idarə edilməsi, kadr hazırlığı və əmək bazarının tələblərinə cavab verməməsi mövcuddur.
Baxmayaraq ki, bu sahəyə büdcədən çox böyük vəsaitlər ayrılır.
Ölkə prezidentinin 2022-ci ildə verdiyi sərəncama əsasən, əmək bazarının tələblərini öyrənmək üçün ölkədə 2 institut yaradılmalı idi. Həmin sərəncamdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, qeyd edilən institutlar fəaliyyət göstərmir və əmək bazarı öyrənilmir. Təkcə peşə təhsili müəssisələrində deyil, ali və orta ixtisas təhsili müəssisələrində də əmək bazarına uyğun kadr hazırlaya bilmirlər.
Nəticə etibarilə təhsil sahəsində daha çox keyfiyyət və kadr məsələsi deyil, biznes məsələsi önə çıxır.
Düşünürəm ki, peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.