Trampın inaqurasiyadan sonra görəcəyi ilk iş açıqlandı
ABŞ prezidenti Donald Trampın administrasiyası yanvarın 21-də, onun andiçmə mərasimindən bir gün sonra Çikaqoda genişmiqyaslı immiqrasiya reydinin keçirilməsini planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Wall Street Journal" dörd mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, antiimmiqrasiya reydi bütün həftə davam edəcək. Reydin keçirilməsi üçün ABŞ-nin İmmiqrasiya və Gömrük Polisi 100-200 əməkdaş cəlb edəcək.
Reydin hədəfi təqib üçün çox ciddi olmayan sürücülük qaydalarını və digər qanunları pozan cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.
Nyu-York Miqrasiya Tədqiqatları Mərkəzinin qiymətləndirməsinə görə, ABŞ-də ən çox qeyri-qanuni miqrant Kaliforniya ştatında yaşayır (2022-ci ildə 2.2 milyon). Onun ardınca Texas (1.8 milyon), Florida (936 min), Nyu-York (672 min), Nyu-Cersi (495 min) və İllinoys (429 min) gəlir.
Daxili Təhlükəsizlik Nazirliyinin hesablamalarına görə, 2022-ci ildə qeyri-qanuni miqrantların təxminən yarısı (11 milyondan 4.8 milyonu) ABŞ-yə Meksikadan gəlib. Liderlər arasında, həmçinin, Qvatemala, Salvador və Honduras var. Nazirliyin məlumatına görə, 2022-ci ildə qeyri-qanuni gələnlərin əksəriyyəti (11 milyondan 8.7 milyonu) 18-54 yaş arasında olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 553 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBuraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?
12:50 149 "Xanımlar, kişilərin arxasınca qaçmayın"
"Doğulduğum mühit, ailəm və kasıbçılıq məni bir qərar almağa vadar etdi. Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum". Axşam.az xəbər verir ki, bu sözləri keçmiş model, sosia
11:28 185 Ucuz qiymətin görünməyən tərəfi: Şəxsi markalı məhsullar nə qədər etibarlıdır? - İQTİSADÇIDAN AÇIQLAMA
Son illər Azərbaycanda fəaliyyət göstərən iri supermarket şəbəkələrinin əksəriyyəti "PL" (Private Label - şəxsi marka) məhsullarının çeşidini genişləndirir. Bu məhsullar adətən bazarda tanınmış brendlərlə müqayisədə daha münasib qiymətə təklif olunur və alıcıların diqqətini cəlb edir. Laki
11:53 156 Bu ərazilərdə qaz olmayacaq
Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində həmçinin Biləsuvar rayonunun əksər kəndlərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovn
23.07.2026 464 Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı
Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib. "Qafqazinfo"nun məlumatına görə, yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib. Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxla
23.07.2026 278 İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
ABŞ-ın "SpaceX" şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib. "İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər"
23.07.2026 401 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?
Enn Patçettin yeni "Whistler" romanı artıq bir neçə həftədir ki, "Amazon"un ən populyar kitabları arasında yer alır və ədəbi tənqidçilərdən yüksək qiymət alır. Qaynarinfo "Parade"yə istinadən xəbər verir ki, "Whistler" "Amazon"un ən populyar bədii kitablar
23.07.2026 468 Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Rusiyanın neft emalı zavodlarına (NEZ) Ukraynanın endirdiyi zərbələrdən sonra rəsmi Moskva Hindistanda öz neftindən istehsal olunan benzini idxal etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Financial Times nəşri yayıb. Məlumata görə, Rusiyaya Hindistanın Vadinar neft emalı zavodunda
23.07.2026 327 Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstənin kəndlərə hücumu nəticəsində azı 24 fermer həlak olub, daha bir neçə nəfər yaralanıb. "Reuters"in məlumatına görə, motosikletlə hərəkət edən silahlılar Sauna rayonundakı kəndlərə basqın edərək tarlalarda çalışan insanlar
23.07.2026 410