"Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır"-Tural İsmayılov

"Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır"-Tural İsmayılovAzərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.

Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.
Məlumat üçün bildirək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.
O, 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir və bu, səbəbsiz deyil. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır.

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib.

Bu il də cənab Prezident bu ənənəni davam etdirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Davos Forumunda çox vacib görüşlər keçirib. Nəzərə almaq lazımdır ki, artıq ənənəvi şəkil alan Davos Forumu dünyanın ən önəmli iqtisadi və siyasi toplantılarından biridir:

"Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır"-Tural İsmayılov"Hər il cənab Prezident İlham Əliyev Davos Forumunda xüsusi qonaq kimi iştirak edir. Özəlliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini kifayət qədər gücləndirib.
Davos Forumunda qarşı tərəflərin müraciəti əsasında cənab Prezident İlham Əliyev həm dövlət başçıları ilə səmərəli müzakirələr aparır, həm də dünyanın önəmli investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə ölkəmizin investisiya mühiti, Azərbaycanın iqtisadi inkişaf modelləri haqqında məlumat almaq imkanlarını genişləndirir. Bu gün Azərbaycan azad edilmiş torpaqların iqtisadi inkişafına görə də kifayət qədər diqqət mərkəzində olan ölkədir. Özəlliklə də cənab Prezidentin Davos Forumunda görüşlər keçirdiyi şirkətlərin rəhbərləri Azərbaycanın bu potensialı ilə yaxından maraqlanırlar. Azərbaycan önəmli geosiyasi mövqeyə malikdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin hər gün daha da inkişaf etməsi beynəlxalq aləmin xüsusi diqqətində və marağındadır. Dövlət rəhbərləri müxtəlif görüşlərdə Azərbaycanın inkişafı ilə bağlı mövqe və fikirlərini ölkə başçısına bildirirlər. Dünyanın inkişaf etmiş ölkələrinin başçıları görüşlərdə Azərbaycanın artan iqtisadi və siyasi gücündən bəhs edirlər. Bütün bu görüşlər, Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 23 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

16:12 135
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

11:39 174
.

Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır

Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl

15:36 150
.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 162
.

Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa

19:30 1
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

13:08 212
.

"44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd

16:24 140
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

11:46 308
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15:58 134
.