"Qida sahəsində fəaliyyət göstərən müəssisələr daha çox nəzarət altındadır"-RUSLAN MUSTAFAYEV
Qida sektoru ölkəmizdə aparıcı sektorlardan birini təşkil edir. Onun ölkə əhalisinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsində rolu çox böyükdür. Qida təhlükəsizliyinin təmin olunması isə qida sektorunu təmsil edən müəssisələrdə beynəlxalq standartlara cavab verməlidir. Son günlərdə təəssüflər olsun ki, qida sahəsində fəaliyyət göstərən müəssisələrin işində saxtakarlıq və keyfiyyətsiz məhsulların istehsal edildiyi araşdırmalar nəticəsində müəyyənləşir.
Bəs qida müəssisələri saxtakarlığa yol verərək məhsul istehsal edirsə, onları qanunla hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı BiG.AZ-a danışaq vəkil Ruslan Mustafayev bildirib ki, bu gün ölkəmizdə qida və qeyri-qida məhsullarının istehsalı ilə bağlı fəaliyyət göstərən kifayət qədər çox sayda müəssisə var. Bu müəssisələrin yaradılması və fəaliyyət göstərməsi qanunvericilik çərçivəsində aparılır. Buna görə də hər bir müəssisə qanunvericiliyin qaydalarına uyğun şəkildə fəaliyyət göstərməlidir:
"Qida sahəsində fəaliyyət göstərən müəssisələr daha çox nəzarət altındadır. Son günlərdə təəssüflər olsun ki, qida sahəsində fəaliyyət göstərən müəssisələrin işində saxtakarlıq etdikləri, keyfiyyətsiz məhsulların istehsalına üstünlük verdikləri aşkar edilib.
Bu cür şəraitdə qanunvericiliyin qaydaları kobud şəkildə pozulmuş hesab edilir. Nəticələrə əsasən, həmin müəssisələr məsuliyyətə cəlb olunmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda keyfiyyətsiz məhsulların istehsalı və satışının nəticələri çox ağır olur. Zəhərlənmə və ölüm halları ilə nəticələnən hadisələrlə rastlaşırıq.
Bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair kifayət qədər güclü qanunvericiliyimiz var. İnzibati Xətalar Məcəlləsinin tələbləri mövcuddur. Həmçinin Cinayət Məcəlləsinin də tələbləri mövcuddur.
Araşdırmalar nəticəsində pozuntuya yol vermiş müəssisələr qanunauyğunsuz əməllərinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər. Daha çox İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə oluna bilirlər. Həmçinin Cinayət Məcəlləsinin tələblərinə görə də tədbirlərin görülməsi mütləqdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1373 Tarix: 23 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLiderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
16:12 135 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər
"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind
11:39 174 Yatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl
15:36 150 Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 162 Çaqqallar kəndə hücum elədi, 3 nəfər yaralandı
Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. APA-ya istinadla xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusa
19:30 1 17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi
13:08 212 "44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video
"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd
16:24 140 Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb
Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini
11:46 308 "Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi
15:58 134