Bakıda bu klinika bağlanır - Rəsmi

Bakıda bu klinika bağlanır - RəsmiSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib.

BiG.AZ Mərkəzə istinadən xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.

Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb.

Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.

Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1255   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

18:15 1
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 105
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

11:46 308
.

Bakı Bəyannaməsi qəbul edildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

17:07 68
.

İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu

Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"

15:25 152
.

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub. Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hə

19:15 0
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15:18 141
.

Rəqəmsal infrastruktur hədəfdə: Kibertəhlükəsizlik niyə milli təhlükəsizlik məsələsidir?

Son illərdə dövlət qurumlarının rəqəmsal infrastrukturuna qarşı kiberhücumlar qlobal təhlükəsizlik gündəliyinin əsas məsələlərindən birinə çevrilib. Dövlət informasiya sistemlərinin, elektron xidmət platformalarının və kritik infrastruktur obyektlərinin hədəfə alınması artıq yalnız texniki problem deyil

11:25 171
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə zərbə vuran kampaniyalar və səfirliyimiz qarşısındakı aksiyalar

"Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdəki emosional çıxışlarından, siyasi maraqlardan və süni şəkildə yaradılan informasiya dalğalarından qat-qat böyükdür. Lakin son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamlar, təhqiramiz paylaşımla

11:49 187
.