Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb (VİDEO)
"Avtoyuma Baku" adlı avtoyuma məntəqəsində xanım sürücünün avtomobilini qaçıran şəxs qəza törədib.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş C.Qılınc adlı şəxsə Cinayət Məcəlləsinin 185.2.4 maddəsi ilə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Fidan adlı zərərçəkmiş xanım FAW markalı, "Bestune T77" modelli avtomobilnin üst və iç tərəfdən təmizlənməsi üçün "Avtoyuma Baku" adlı avtoyuma məntəqəsində təqsirləndirilən şəxs Qılınca təhvil verib.
Qılınc isə avtomobili yuduqdan sonra 1 ədəd "Yaquar" adlı spirtli içki qəbul etikdən sonra sözügedən avtomobillə şəhərdə gəzmək qərarına gəlib. O, Rasim adlı tanışı ilə sözügedən avtomobili şəhərdə sürməyə başlayıb.
O, Bakı şəhərində avtomobil yollarını yaxşı tanımadığı üçün naməlum istiqamətə gedərək yolu itirib. Rasimlə birlikdə avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə hərəkətdə olan zaman Dövlət Yol Polisi Xidmətinin (DYPX) avtomobilinin onun təqib etdiyini görərək həyəcanlanıb. Onun sürücülük vəsiqəsi olmadığından özünü və DYPX-nin avtomobilindən yayınmaq üçün sürəti artırıb.
Həmin vaxt o, idarə etməni itirib və qarşıda hərəkətdə olan bir neçə avtomobilə - qiyməti 150 min manat olan "BMW İX", qiyməti 40 min manat olan "Toyota Prado", həmçinin "Mercedes-Benz", "Toyota Prius" markalı avtomobillərə çırpılaraq yol nəqliyyat hadisəsi törədib. Onun qaçırdığı avtomobilə 25 min manat zərər dəyib.
Hadisəni törədən Qılınc xəsarət almadığından avtomobildən düşərək qaçıb. O, hadisədən bir gün sonra saxlanılaraq, həbs edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun həbs müddəti 26 dekabr 2024-cü il tarixdən hesablanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1043 Tarix: 24 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Makedoniyanın Serbiya və Yunanıstanla qaz əlaqələri hidrogen nəqlinə uyğunlaşdırılır
Şimali Makedoniyanın Yunanıstanla yeni qaz interkonnektoru tam şəkildə hidrogen daşınmasına uyğun olaraq layihələndirilib. "Report"un Balkan bürosu xəbər verir ki, bu məsələ Şimali Makedoniyanın hazırladığı ilk milli Hidrogen Araşdırmasında ətraflı şəkildə əks olunub. Qeyd edilib ki, ölkə gələcəyi
23.07.2026 217 Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind
23.07.2026 305 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
23.07.2026 206 Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü
23.07.2026 252 Səhnəmizin Florası 85 yaşında...
Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. "Qafqazinfo" 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: "Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikd
23.07.2026 246 Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat
23.07.2026 324 "The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23.07.2026 297 Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna edilən dəyişiklikd
23.07.2026 247 Düzgün ətiri necə seçmək olar?
Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını
23.07.2026 288