"Qərb dövlətləri dünyada müstəqil ölkə görmək istəmirlər"-Elçin Xalidbəyli
ABŞ və digər Qərb ölkələri, xüsusən Fransa və Almaniya Azərbaycanın son illərdə güclənən mövqeyini və ortaya qoyduğu siyasi əzmi həzm edə bilmir. Odur ki, onlar hər vəchlə rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar. Özü də onlar bu məkrli siyasətlərində guya Azərbaycanın yürütdüyü siyasət nəticəsində "hüquqları pozulmuş" Ermənistandan alət kimi istifadə edirlər. Üstəlik, Azərbaycana öz aləmlərində demokratiya dərsi keçməyə çalışırlar.
Qaradərili vətəndaşlarını küçədə sorğu-sualsız güllələyən bir ölkənin, yəni ABŞ-ın Azərbaycana insan hüquqlarından dərs keçməyə mənəvi haqqı varmı? Əsla, yox. Məgər bu ölkə öz "dərsləri" ilə Yaxın Şərqdə bir neçə ölkəyə acılar yaşatmadımı? Prezident seçkilərində Co Baydenin hansı oyunlarla Trampı üstələdiyinin şahidi olmadıqmı? Hələ də ictimai rəy sorğusunda Amerika sakinləri Co Baydenin yox, Trampın seçilməli olduğunu bildirmirlərmi? Birləşmiş Ştatlar ATƏT MQ-nun həmsədri kimi, münaqişənin vaxtında həll edilməsi yolunda gerçək addımlar atmaq imkanlarına sahib olsa da, bunu reallaşdırmadı. Əksinə, Qarabağdakı separatçıları dəstəkləmədimi? İraqda "kimyəvi silah istehsal edildiyini" bəhanə gətirib, bu ölkəyə genişmiqyaslı hərbi müdaxilə etmədimi? Bu gün dünyada mövcud olan elə bir gərginlik nöqtəsi yoxdur ki, orada ABŞ-nin əli olmasın.
Qərb öz dağıdıcı siyəsətini bu dəfə şərqi Avropaya qarşı yürütməyə başlayıb. Şərqi Avropa ölkələri qərbin qağıdıcı yemindən öz payını almaq üzrədir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, qərb ölkələrinin yürütdüyü siyasətin əsası imperialist mövqeydən çıxış etməkdir. Əsas planları dünyanın digər ölkələrini təlimatları ilə idarə etməkdir:
"Qərbin maraqlarına əhəmiyyət vermədən müstəqil xarici siyasət yürüdən dövlətlərlə qarşılaşdıqları zaman, hücuma keçirlər. Qərb dövlətləri dünyada müstəqil ölkə görmək istəmirlər. Hazırda həm Gürcüstan, həm də Azərbaycana qarşı qərəzli mövqelərinin motivində yatan əsas səbəb budur. Azərbaycan və Gürcüstan Qərbin diktəsi ilə yaşamaq istəmir. Müstəqil xarici siyasət yürütməklə ölkələrinin maraqlarını qorumaq niyyətindədirlər. Bu fikirləri eyni zamanda Şərqi Avropa ölkələrinə də aid etmək olar. Qərbdə hegemon olan dövlətlərin indiki hədəfi Şərqi Avropa ölkələridir. Hazırda Şərqi Avropa, Qərb dövlətlərinin heç bir göstərişinə əməl etmir. Ukraynada baş verən proseslərə də laqeyid mövqe göstərilir. Buna görə də Şərqi Avropa ölkələrində dövlət çevrilişləri və məxməri inqilab həyata keçirmək planları hələ də gündəmdədir. Kollektiv Qərbin qurbanları sırasında Şərqi Avropa ölkələri dayanır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1005 Tarix: 24 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
18:15 1 Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
17:03 105 Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb
Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini
11:46 308 Bakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
17:07 68 İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu
Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"
15:25 152 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub. Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hə
19:15 0 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15:18 141 Rəqəmsal infrastruktur hədəfdə: Kibertəhlükəsizlik niyə milli təhlükəsizlik məsələsidir?
Son illərdə dövlət qurumlarının rəqəmsal infrastrukturuna qarşı kiberhücumlar qlobal təhlükəsizlik gündəliyinin əsas məsələlərindən birinə çevrilib. Dövlət informasiya sistemlərinin, elektron xidmət platformalarının və kritik infrastruktur obyektlərinin hədəfə alınması artıq yalnız texniki problem deyil
11:25 171 Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə zərbə vuran kampaniyalar və səfirliyimiz qarşısındakı aksiyalar
"Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdəki emosional çıxışlarından, siyasi maraqlardan və süni şəkildə yaradılan informasiya dalğalarından qat-qat böyükdür. Lakin son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamlar, təhqiramiz paylaşımla
11:49 187