"Dələduzluqla adına kredit götürülmüş vətəndaş o borcu ödəməyə məcburdur" - Hüquqşünas

"Dələduzluqla adına kredit götürülmüş vətəndaş o borcu ödəməyə məcburdur" - HüquqşünasBalakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib.Dekabrın 9-da gənc xanıma zəng gəlib. Özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib. Bundan sonra onun telefona girişi məhdudlaşıb.Baş verənlərdən şübhələnən Ülkər Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığını bildirib. Ona hər şeyin qaydasında olduğu deyilib:
"Telefonum hələ də düzəlmədiyi üçün banka getdim. Orada məlumat aldım ki, kredit artıq adıma oturub. 18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir".
Zərərçəkən xanım Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir və cəmi 500 manat məvacib alır. Maraqlıdır ki, adına götürülən kreditə görə aylıq məvacibindən də artıq ödəniş tələb olunur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hüquqşünas Ruslan Mustafayev bildirib ki, bu kimi hallarda bank məsuliyyət daşımır. Vətəndaş o borcu ödəmək məcburiyyətində qalacaq:

"Son vaxtlar belə hallarla çox rastlaşırıq. Bankın kredit şöbəsi araşdırma apardıqdan sonra kredit təklif edir. Onun gəlirləri, xərcləri nəzərə alınır. Belə hallarda görürük ki, kreditlər xərclərə uyğun verilməyib. Bankın məsuliyyəti yoxdur. Amma bank əməkdaşı təbii olaraq bank qarşısında məsuliyyət daşıyır. Rəhbərlik həmin əməkdaşdan hansı əsasla gəlirləri az olan şəxsə yüksək kredit ayırmasını sorğu-sual edə və cəzalandıra bilər.Təəssüf ki, vətəndaş o borcu ödəmək məcburiyyətində qalacaq. Bu hallar müxtəlif olur. Şəxs krediti götürüb başqa şəxsə verə bilər.Amma o ödəməyə bilər. Həmin şəxs kredit borcunu ödəyib bitirəndən sonra iddia qaldıra bilər ki, kredit onun adına rəsmiləşdirilsə də, digər şəxsə verilib. İkinci hal kibercinayətkarlıqdır. Bu, birbaşa cinayət işidor. Həmin şəxslərə cinayət işi başlamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2583   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Makedoniyanın Serbiya və Yunanıstanla qaz əlaqələri hidrogen nəqlinə uyğunlaşdırılır

Şimali Makedoniyanın Yunanıstanla yeni qaz interkonnektoru tam şəkildə hidrogen daşınmasına uyğun olaraq layihələndirilib. "Report"un Balkan bürosu xəbər verir ki, bu məsələ Şimali Makedoniyanın hazırladığı ilk milli Hidrogen Araşdırmasında ətraflı şəkildə əks olunub. Qeyd edilib ki, ölkə gələcəyi

23.07.2026 217
.

Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)

Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind

23.07.2026 305
.

Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi

Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas

23.07.2026 206
.

Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq

ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü

23.07.2026 252
.

Səhnəmizin Florası 85 yaşında...

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. "Qafqazinfo" 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: "Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikd

23.07.2026 246
.

Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz

Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat

23.07.2026 324
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23.07.2026 297
.

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna edilən dəyişiklikd

23.07.2026 247
.

Düzgün ətiri necə seçmək olar?

Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını

23.07.2026 288
.

TOP MP3