Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?
ABŞ-də "Lay's" brendinin istehsal etdiyi cipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdir ki, sözügedən marka məhsulları həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
Oxu.Az-ın "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
"Xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar AQTA-nın mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - deyə məlumatda bildirilib.
Laktoza həssaslığı olan və ya laktoza çatışmazlığından əziyyət çəkən insanların tərkibində süd komponenti olan qidaları qəbul etdikləri zaman yarana biləcək fəsadlar barədə Oxu.Az-ın suallarını cavablandıran allerqoloq Günel Məmmədova bildirib ki, həmin insanların orqanizmində müvafiq komponentləri parçalayacaq fermentlərin olmaması allergik reaksiya yaradır.
O deyib ki, bu halda ilkin əlamətlər ishal, qusma, ürəkbulanma olur:
"Əgər şəxsin süd komponentlərinə allergiyası varsa, ilk dəfə bədəndə buna həssaslıq yaranır, növbəti dəfə qəbul edildiyi halda isə allergiya verir. İlkin əlamətlər göründüyü halda həmin şəxs mütləq həkimə müraciət etməlidir. Belə hallarda allerqoloq ikinci dərəcəli olur. Şəxsə daha çox mədə-bağırsaq həkimi müdaxilə edir. Onun vəziyyətindən asılı olaraq ambulator və ya stasionar yardım göstərilməlidir. Mədə-bağırsaq yuyulmalı, qusma əleyhinə preparatlar istifadə olunmalıdır".
Həkim deyib ki, bu, qida allergiyası kimi qeydə alınır və ağırlaşmış hallarda səpgi, zəhərlənmə ilə müşahidə oluna bilər.
Qeyd edək ki, mövcud məsələ ilə bağlı "Lay's"in Azərbaycanda satışını təşkil edən şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 935 Tarix: 30 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana palma yağı neçəyə gətirilir?
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 42 465.69 ton palma yağı və onun fraksiyaları idxal olub. İdxalın dəyəri isə 58 milyon 428.65 min dollar təşkil edib. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ümumi dəyəri 56 milyon 220.25 min dollar olan 41 026.
19:15 91 Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR - Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
Tayvan dünən adanın ətrafında keçirilmiş genişmiqyaslı Çin hərbi təlimlərinə cavab olaraq yüksək səviyyəli döyüş hazırlığı vəziyyətini davam etdirir. Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, "Justice Mission 2025" adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanı
15:14 135 Pakistanla Hindistan nüvə obyektləri və mülki məhbus siyahılarını bir-biri ilə paylaşıb
Pakistan və Hindistan Yeni ilin ilk günündə bir-biri ilə nüvə obyektləri və mülki məhbus siyahılarını paylaşıblar. "Report" xəbər verir ki, İslamabad və Yeni Delhi rəhbərlikləri mövzu ilə bağlı rəsmi açıqlamalar yayıblar. Hindistan Xarici İşlər Nazirliyi 2008-ci ildə tərəflər arasında imzalana
19:30 98 Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı
Finlandiya polisi dekabrın 31-də Rusiyadan çıxaraq İsrailin Hayfa limanına doğru hərəkət edən ticarət gəmisini saxlayıb. Buna səbəb Finlandiya körfəzi vasitəsilə Helsinkidən Estoniyaya çəkilmiş sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı şübhələrdir. xəbər verir ki, hadisə ilə bağlı Finlandiy
13:13 155 İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı
"Türkiyə Gənclik Vəqfi İstanbulda "Qəzzaya ədalət" yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartla
18:15 188 "Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsinə də BİLMİRƏM"
Meyxanaçı Pərviz Bülbülə qonaq olduğu "Günə uğurla" və "Rəngarəng" verilişlərində duet ortağı Türkan Vəlizadə ilə bağlı gündəm yaradan açıqlamalar verib. -ın məlumatına görə, sənətçi bildirib ki, onun Türkanla oxumasına heç kim qadağa qoymayıb:. "Mən Türkanla yalnız səhnəni bölüşürəm
17:11 292 ABŞ-da 5.7 bal gücünə zəlzələ
ABŞ-nin Alyaska ştatında 5,7 maqnitudalı zəlzələ olub. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Ankoric şəhərindən 535 km şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur
15:37 152 Bu gündən bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-ni geri almaq mümkün olacaq
Bu gündən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV geri al"maq mümkün olacaq. Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanun
13:29 171 Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
"Krans-Montanada baş verən və çoxsaylı insan tələfatına, həmçinin xəsarətlərə səbəb olan faciəvi yanğın xəbəri bizi dərin kədərə boğdu". APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib. Paylaşımda bildirilir:. "Həlak olanların ailələrinə v
18:18 135