"Ermənistandakı iqtidar anti-Rusiya mövqeyini ən yüksək səviyyəyə çatdırıb"-Tural İsmayılov
Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə İrəvanda qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Bu, hətta Baltikyanı ölkələrin nümayəndələri arasında çaşqınlıq yaradıb.
Ermənistan parlamentinin sədri Alen Simonyan görüşdə bildirib ki, Rusiyanı əzmək, məğlub etmək və məhv etmək lazımdır, bu, həm Ermənistan, həm də Baltikyanı dövlətlərin xeyrinə olacaq. Spiker onu da əlavə edib ki, Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər.
Ermənistan parlamentinin sədrinin sözləri xarici siyasət dairələrində ziddiyyətli reaksiyalara səbəb olub, hətta Baltikyanı ölkələrin nümayəndələri belə öz çaşqınlıqlarını bildiriblər ki, Simonyan onlardan da çox anti-Rusiya mövqeyinə malikdir.
Ermənistanın rəsmi dairələri çıxışları zamanı tez-tez Rusiyanın yox olmasını, parçalanıb bölünməsini istədiklərini çəkinmədən dilə gətirirlər. Təəssüf ki, rəsmi Kreml bu məsələlərə hədsiz biganə yanaşır. Belə nəticəyə gəlmək olar ki, iqtisadi və siyasi baxımdan Rusiyadan asılı olan bir ölkənin siyasi dairələrinin səsləndirdiyi ifadələr mənasız və yersiz hesab edilir.
Mövzu ilə bağlı BiG.AZ saytına açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Ermənistandakı iqtidar anti-Rusiya mövqeyini ən yüksək səviyyəyə çatdırıb. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda Rusiyaya nifrət üzərində formalaşmış bir dövlət siyasəti davam etdirilir:
"Bizim üçün təəssüf edici məqam ondan ibarətdir ki, Ermənistanda dövlət tərəfindən Rusiyaya qarşı təbliğat aparılsa da, bu gün rəsmi Kreml, İrəvana qarşı adekvat reaksiyalar göstərmir. Bu, əslində ciddi problemdir.
Digər tərəfdən, erməni cəmiyyətində Rusiyaya qarşı antipatiya qaldırılsa da, Ermənistan iqtisadi və digər sahələrdə hələ də çox ciddi şəkildə rəsmi Kremldən asılıdır.
Statistik rəqəmlər də onu göstərir ki, son dövrlərdə Ermənistanın Rusiyadan asılılığı ən yüksək səviyyəyə çatıb. İqtisadi baxımdan Ermənistan hələ də Rusiyadan əzici şəkildə asılı olan bir ölkə qismində çıxış edir.
Bu gün Ermənistan hökumətində nə qədər anti-Rusiya təbliğatı hökm sürsə də, rəsmi İrəvan Kremilə nə qədər nifrət etsə də, reallıqda Rusiyanın hərbi bazası Ermənistanda mövcuddur. Rusiya Ermənistanda iqtisadi təsir imkanlarını yüksək səviyyədə saxlaya bilib."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 31 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089