Bakıda iş saatları dəyişəcək - Bu tarixdən

Bakıda iş saatları dəyişəcək - Bu tarixdənBakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən tənzimlənəcək.

BiG.AZ-ın məlumtına görə, bu tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.

2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Bu proses Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən koordinasiya olunacaq, müvafiq siyahılar təsdiqlənəcək və iş qrafikinin yeni modelə uyğun tənzimlənməsi təmin ediləcək.

Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

ABŞ-də böyük şəhərlərdə, xüsusilə Nyu-York, Los-Anceles və Çikaqoda dövlət qurumları və biznes mərkəzləri fərqli saatlarda fəaliyyət göstərir. Məsələn, bəzi ofislər saat 7:00-da açılır, digərləri isə 9:00-dan işə başlayır. Eyni zamanda, məktəblərin açılış saatları da bölgələrə görə dəyişir və səhər tıxaclarının qarşısını almaq üçün fərqli iş saatları tətbiq olunur.

Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə dövlət və özəl sektorun iş saatları fərqləndirilir. Məsələn, Almaniyada məktəblər adətən 7:30-9:00, dövlət qurumları isə 8:00-9:30 arasında fəaliyyətə başlayır. İşçilərə elastik iş saatları təklif olunur ki, bu da tıxac problemini azaldır.

Türkiyənin İstanbul və Ankara kimi böyük şəhərlərdə tıxacın qarşısını almaq üçün məktəblər və iş yerləri fərqli saatlarda açılır. İstanbulda bəzi məktəblər iki növbəli sistemlə işləyir, dövlət idarələri isə 8:30-9:30 arasında işə başlayır.

Rusiyanın Moskva və Sankt-Peterburqd şəhərlərində dövlət və təhsil müəssisələri fərqli qrafiklə işləyir. Moskva meri bir neçə dəfə tıxacın qarşısını almaq üçün dövlət idarələrinin iş saatlarını dəyişdirməyi təklif edib. Hazırda məktəblər 8:00-dan, dövlət idarələri isə 9:00-dan açılır. Onlayn iş rejimi də tənzimlənib.

Bakıda tətbiq ediləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanaraq, şəhərin nəqliyyat infrastrukturuna uyğunlaşdırılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2172   Tarix: 31 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tayvan Çinə qarşı müqavimət göstərəcəyini bəyan edib

Tayvan prezidenti Lai Çin-de Yeni il münasibətilə etdiyi çıxışda ölkəsinin suverenliyini müdafiə edəcəyini bəyan edib. APA xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb. Qeyd edək ki, bu həftə Pekin Tayvanın əsas adasını mühasirəyə almaq məqsədilə raketlər buraxıb, onlarla döyüş təyyarəsi

01.01.2026 126
.

Güclü zəlzələ oldu - Bu ölkədə

Myanmada Mandalay şəhərindən təxminən 100 km şimalda 5.9 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tailand Meteorologiya Departamenti məlumat yayıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Mandalaydan cənubda daha zəif yeraltı təkanlar qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barəd

01.01.2026 183
.

Pensiya artımları bu tarixdən hesablanacaq - VİDEO

Bu ildən bütün növ pensiyalar artırılacaq. Yanvar ayından hesablanacaq artımların həcmi 9,2 faiz nəzərdə tutulur. xəbər verir ki, sosial sahədəki bütün növ artımlar cari ilin inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir

01.01.2026 1018
.

Ebru Gündeş kostyumu ilə gündəm oldu - VİDEO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş son səhnə çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçi bu dəfə səhnəyə klassik və güclü imic formalaşdıran fərqli geyim tərzi ilə çıxıb. Tünd rəngli, kişi üslubunda hazırlanmış kostyum, qalstuk detalı və minimal aksesuarlar Ebru Gündeşin səhnə duruşun

01.01.2026 310
.

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb. Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəl

01.01.2026 189
.

Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar

Cənub Keçid Şurası (CKŞ) komandanlığı öz döyüşçülərinin "Vətən Qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib. TASS-a istinadən xəbər verir ki, bu barədə CKŞ təmsilçisi sözçüsü polkovnik-leytenant Məhəmməd ən-Nakib AIC telekanalında dərc olunmuş müraciətind

01.01.2026 153
.

İran-İsrail müharibəsi qapıda: 2026-da ilk hücumu kim edəcək?

İran-İsrail xəttində gərginliyin yenidən açıq müharibəyə çevrilməsi ehtimalı müzakirə mövzusu olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahu İranın Fordo nüvə obyektinin məhv edilməsindən sonra Tehranın nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışdığını bəyan edib. Bəs, İran-İsrail xəttind

01.01.2026 152
.

2026-cı il üçün 10 qorxulu proqnoz: "Yaşayan Nostradamus" elə şeylər dedi ki...

"Yaşayan Nostradamus" 2026-cı il üçün on dəhşətli proqnoz verib. Braziliyalı mistik Athos Salome bu ilin təbii fəlakətlər, iqtisadi böhranlar və beynəlxalq münaqişələrin kəskinləşməsi ilə nəticələnəcəyini proqnozlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "Express" qəzeti məluma

01.01.2026 197
.

İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı

"Türkiyə Gənclik Vəqfi İstanbulda "Qəzzaya ədalət" yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartla

01.01.2026 293
.

TOP MP3