Xalq artisti Tünzalə Ağayeva rep oxudu - VİDEO

Xalq artisti Tünzalə Ağayeva rep oxudu - VİDEOXalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.

BiG.AZ xəbər verir ki, çalışqan pop ulduz bu dəfə məşhur "Atəşim var, külüm yox" mahnısına yeni nəfəs verib. Sevilən müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. Mahnını Emin Karim aranjeman edib.

Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb.

Estrada ulduzu mahnı üçün kamera qarşısısına da keçib. Xalq artistinin klipinin rejissoru Nicat Qafuroğlu, operatoru isə Elvin Hacıəliyevdir.

Ekran işində geyim üzərində dizayner Aynur Kamranlı çalışıb. İdeya və styling Tünzalə Ağayevanın şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.

Pop ulduzun makiyajını Nura Səfərova, saç düzümünü isə Roman Məmmədov edib.

Klipin xoreoqrafiyası Nigar İbrahimbəyliyə aiddir. Pop ulduza ekran işində rəqqaslar Nigar İbrahimbəyli və Elnur Musayev müşayiət ediblər.

Layihənin direktoru Yalçın Cabbarovdur.

Xalq artisti yaranan layihədən ağızdolusu danışıb: "Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Xahişimlə dəyərli dostum, meyxanaçı, şair Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz xip-xop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır. Rəqqaslarımız iki sevgili obrazını canlandırdılar. Onlar çox istedadlıdırlar. Bu mahnıya müraciət etməyimdə əsas məqsəd gənc nəsillərə bizim xalq, bəstəkar mahnılarımızı, muğamlarımızı, təsniflərimizi, folklorumuzu tanıtdırmaqdan ibarətdir".

Qeyd edək ki, klip Xalq artistinin şəxsi "Youtube" və bütün musiqi platformalarında yerləşdirilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1731   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ben Afflek yarışmada 1 milyon dollar qazandı

Hollivud aktyoru Ben Afflek "Kim Milyoner Olmaq İstəyir?" yarışmasında böyük mükafata sahib olub. Axşam.az xəbər verir ki, 53 yaşlı aktyor ABŞ-də yayımlanan və aparıcılığını Cimmi Kimmelin etdiyi yarışmaya qonaq qismində qatılıb. Ben Afflek "Jeopardy!" yarışmasının qalibi Ceymi Dinql

01.08.2026 245
.

Dərmanla arıqladığını etiraf etdi

Aparıcı Aytən Səfərova arıqlamaq üçün dərmandan istifadə etdiyini etiraf edib. Axşam.az xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı qısa müddətdə 4 kiloqram çəki atdığını bildirib:. "4 kiloqram arıqlamışam. Hamı deyir ki, niyə dərmandan istifadə edirsiniz? Araşdırdım. Kök adam düşünü

01.08.2026 377
.

Daha bir övladı Pittin soyadını istəmir

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"

25.07.2026 278
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım sosial mediada yeni görüntülərin

26.07.2026 604
.

Uma Turmanın filmdəki geyimi hərraca çıxarıldı - Foto

Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb. Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyind

01.08.2026 243
.

Rəşad İlyasov Xızı dağlarında - Fotolar

Əməkdar artist Rəşad İlyasov qanun ilə Xızı dağlarına yollanıb. Axşam.az xəbər verir ki, müğənni Xızı dağlarında çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. R.İlyasov "Tapa bilərsiniz, şəkillər hansı mahnını "oxuyur" deyə izləyicilərinə sual ünvanlayıb

22.07.2026 685
.

İsmail Hacıoğlu "Yeraltı"nda

"NOW" kanalında yayımlanan "Yeraltı" serialına daha bir aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində İsmail Hacıoğlu rol alacaq. O, layihədə "Bozo"nun Uraz Kayqılaroğlu düşmənini canlandıracaq. Qeyd edək ki, "Yeraltı"nda baş rolları Devrim Özkan

19.07.2026 552
.

Qriqori Leps karyerasını başa vura biləcəyinə eyham vurdu

Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. "Moskovski Komsomolets" nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. "Tanrını

19.07.2026 351
.

Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi

Türkiyəli aktrisa Afra Saraçoğlu şəxsi həyatı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, son olaraq "A.B.İ." serialında rol alan sənətçi sevgilisi Poyraz Yosmaoğlu ilə birlikdə kameralara tuş gəlib. Məlumata görə, cütlük gecəni birlikdə keçirdikdən sonra geri qayıdarkən görüntülənib. Poyra

25.07.2026 330
.

TOP MP3