Erkən yaddaş pozğunluqlarının mümkün səbəbləri açıqlandı
Yaddaş pozğunluqları, xüsusilə erkən yaşda ortaya çıxarsa, insanı narahat edə bilər. Bəs erkən yaddaş problemlərinin səbəbi nədir?
Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, rusiyalı nevroloq Yekaterina Demyanovskaya bu barədə danışıb.
O bildirib ki, insan yaddaşı qısamüddətli (ilk yaddaş) və uzunmüddətli yaddaş olmaqla iki yerə bölünür. Qısamüddətli yaddaş az sayda məlumatı qısa müddət ərzində saxlayır. Uzunmüddətli yaddaş isə uşaqlıq xatirələri, biliklər, bacarıqlar və vacib hadisələri yadda saxlamağa imkan verir.
Qısamüddətli yaddaşın pozulma səbəbləri
Ekspert qeyd edib ki, qısamüddətli yaddaşdan məlumatın uzunmüddətli yaddaşa keçməsi üçün müəyyən səylər göstərilməlidir.
O bildirib ki, son hadisələri və ya məlumatları xatırlamaqda çətinlik çəkməyin əsas səbəbləri bunlardır:
Qalxanabənzər vəzi problemləri;
İnfeksiyalar;
Vitamin çatışmazlığı;
Həddindən artıq yorğunluq;
Bundan əlavə, stres zamanı ifraz olunan kortizol hormonu beynin yaddaş və öyrənməyə cavabdeh olan hippokampus nahiyəsinə mənfi təsir göstərir.
Uzunmüddətli yaddaşın pozulma səbəbləri
Demyanovskaya bildirib ki, uzunmüddətli yaddaş beyin qabığında, hippokampusda, bazal qanqliyalarda və amiqdalada yerləşən yaddaş hüceyrələrinin funksiyasının pozulması nəticəsində zəifləyə bilər. Yaşlı insanlarda əsas səbəb degenerativ proseslərdir. Gənclərdə isə əsas risk faktoru kəllə-beyin travmaları, neyroinfeksiyalar və beyin qan dövranının pozulmasıdır.
Beyin hüceyrələrinin qidalanmasını pozan əsas amillər:
Yüksək qan təzyiqi (hipertoniya);
İrsiyyət nəticəsində yaranan xolesterin mübadiləsinin pozulması və ateroskleroz;
1-ci tip şəkərli diabet;
Böyrək və ya qaraciyər çatışmazlığı (hepatit və ya zəhərlənmələr nəticəsində);
Bundan əlavə, B1 və B12 vitaminlərinin, fol turşusunun çatışmazlığı, aktiv və passiv siqaret çəkmə, alkoqol qəbulu da yaddaş problemlərinə səbəb ola bilər.
Rəqəmsal demensiya - müasir dövrün problemi
Həkim son illərdə rəqəmsal demensiya probleminin geniş yayıldığını qeyd edib. Gənclərdə yaddaşın zəifləməsi, cihazlardan (smartfonlar, planşetlər və s.) həddindən artıq istifadə ilə əlaqələndirilir.
İnsanlar vacib məlumatları yadda saxlamır, çünki həmin bilgilər elektron cihazlarda mövcuddur;
Videolar izlənərkən yalnız görmə və eşitmə duyğuları aktiv olur, digər sensor mərkəzlər (əzələ yaddaşı, koordinasiya və tarazlıq bacarıqları) isə passiv qalaraq tədricən zəifləyir.
Nə etmək lazımdır?
Həkim bildirir ki, əgər yaddaş problemləri 50-60 yaşdan əvvəl başlayıbsa, bu proses adətən geri dönə biləndir. Əvvəlcə həkimə müraciət edərək yaddaşa təsir edə biləcək xəstəlikləri müəyyənləşdirmək, vitamin və hormon səviyyəsini yoxlatdırmaq lazımdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1051 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
20:30 396 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 250 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 922 Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27.09.2026 233 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 223 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 257 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 244 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 213 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
27.09.2026 299