Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?

Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.

Maraqlıdır, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir: "İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi".

"Süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir"

Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azalıb, bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərir. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik: "2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir".

"İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir"

V.Bayramov vurğulayır ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür: "İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir".

İstehsal sahəsində çətinliklər...

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, inflyasiyanın ötən illə müqayisədə bu il daha yuxarı olacağı proqnoz edilirdi: "Bunun səbəbi istehsal və təchizat zəncirində olan çətinliklər, tələbin müəyyən qədər artması, eyni zamanda idxal etdiyimiz ölkələrdə məhsulların istehsal-logistika xərclərinin artmasıdır".

Mütəxəssis hesab edir ki, 2025-ci il üzrə olan proqnoz göstəriciləri real nəticələri aşmayacaq.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, inflyasiyanın sürətlənməsi səbəbi yanacağın qiymətinin artmasıdır: "Ötən ilin ikinci yarısından benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artdı. Enerji qiymətlərinin artması ciddi surətdə inflyasiyaya təsir edəcək amildir. Təkcə dizel yanacağının qiymətinin artırılması istehsal xərclərinin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının daşınmasının qiymətini ciddi şəkildə artırır".

Hansı məhsullar bahalaşıb?

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarında daha çox bahalaşma olub. Buna misal olaraq, balıq məhsullarını, uşaq qidası üçün quru süd qarışığını, kərə, günəbaxan və qarğıdalı yağlarını, süfrə marqarinini, naringi, alma, armud, heyva, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, sarımsaq, soğan və kartofu qeyd etmək olar. Makaron, təzə balıq, yumurta, portağal, banan və yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Həmçinin bu ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə bəzi qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb. Buna misal olaraq kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının qiymətinin artmasını göstərmək olar. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə enmə müşahidə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri

"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind

14:25 223
.

Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir

"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir". Bu sözlər

11:56 225
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

15:38 221
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 233
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc strategiyası, Qarabağ Zəfəri və yeni inkişaf mərhələsinin siyasi təhlili

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix ölkənin müasir siyasi tarixində baş vermiş dəyişikliklərin, dövlət idarəçiliyinin əsas istiqamətlərinin və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin təhlili üçün mühüm fürsətdir

12:13 215
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

19:30 111
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

18:15 167
.

Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır

Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri

19:15 117
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14:56 254
.