Elektrik enerjisinə qənaət etməyin yolları - Ekspert açıqladı

Elektrik enerjisinə qənaət etməyin yolları - Ekspert açıqladı"Kommunal xidmət tarifləri hər il artır, buna görə də, mənzil-kommunal təsərrüfatı (MKT) ödənişlərini azaltmağın yolları həmişə aktual olaraq qalır. Elektrik enerjisinə qənaət etmək mümkündür. Əlbəttə əvvəlki istehlak səviyyəsi ilə ödəmələrin yarıbayarı azalacağını gözləmək olmaz, bununla belə, aylıq ödəniş məbləğini bir qədər azaltmaq realdır və ilin sonunda bu məbləğ büdcəyə əhəmiyyətli dərəcədə təsir edə bilər".

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hüquqşünas, mənzil-kommunal təsərrüfatı məsələləri üzrə ekspert Andrey Fradkin məlumat verib.

Onun tövsiyə etdiyi qənaət yollarını təqdim edirik:

Enerjiyə qənaət edən məişət texnikası seçin

"Ən çox enerji sərf edən məişət texnikasına soyuducular, paltaryuyan və qabyuyan maşınlar daxildir. Əgər onları dəyişməyi planlaşdırırsınızsa, enerji sərfiyyatına dair işarələməyə diqqət yetirin - "A+++" və ya "A++" enerji sinfinə malik modelləri seçin. "C" sinfinə aid cihazlarla müqayisədə bu cihazların enerji sərfiyyatı 30-40% daha azdır", - deyə ekspert izah edib.

Məişət texnikasından rasional istifadə

"Paltaryuyan maşını tam doldurmaq daha sərfəlidir, çünki onu yarımboş vəziyyətdə bir neçə dəfə işlətmək daha çox enerji sərf edir. Əgər qaz sobanız varsa, çaydanı elektrikdən istifadə etmək əvəzinə, qazda qaynadın", - deyə ekspert bildirib.

İşıqlandırmaya diqqət yetirin

"Başqa bir qənaət üsulu köhnə lampaları LED lampalarla əvəz etməkdir. LED lampalar daha az enerji sərf edir və 2-3 il zəmanət müddətinə malikdir", - deyə o vurğulayıb.

O, əlavə olaraq, işıqların lazımsız yerə yanmadığından əmin olmağa çağırıb.

"Otağı tərk edərkən işığı söndürməyi vərdiş halına gətirin. Lokal işıqlandırmaya üstünlük verin - məsələn, çilçıraq əvəzinə torşerlərdən, divar lampalarından və LED işıq zolaqlarından istifadə edin", - deyə ekspert vurğulayıb.

Hərəkət sensorları və enerji səmərəliliyi

Fradkin hərəkət sensorlarının quraşdırılmasının da enerji sərfiyyatını azaltmağa kömək edə biləcəyini vurğulayıb:

"Bu sensorlar otaqda insanların olması və təbii işıq intensivliyinə görə işıqları avtomatik yandırır və söndürür. Quraşdırılmasına ilkin xərc tələb olunsa da, gələcəkdə kommunal ödənişləri azaltmağa kömək edəcək".

İstifadə olunmayan cihazları şəbəkədən ayırın

"Televizor, notbuk və digər cihazlar işləmədikdə, onları sadəcə elektrik yuvasından çıxarmaq enerji sərfiyyatını azaldacaq", - deyə ekspert sözlərini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1185   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15.11.2026 304
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15.11.2026 271
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14.11.2026 258
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15.11.2026 290
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13.11.2026 492
.

100 yaşa çatanların qidalanma sirri

Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric

15.11.2026 284
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 496
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

14.11.2026 728
.

Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar

Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki

15.11.2026 276
.