Bir neçə il sonra Yeri gözləyən böyük TƏHLÜKƏ
Bir neçə ildən sonra "2024 YR4" asteroidinin Ayla toqquşması səkkiz meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da səma cisminin qalıqlarının Yerə yağmasına gətirib çıxara bilər.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi əməkdaşı, astronom Leonid Yelenin bildirib.
Astronomların hesablamalarına görə, "2024 YR4" asteroidi 22 dekabr 2032-ci il tarixində Yerə yaxınlaşa bilər. Fevral ayının əvvəlində NASA bu toqquşma riskini 2.2 faiz olaraq qiymətləndirirdi, lakin sonradan bu rəqəm 3.1 faizə çatdı. Ötən həftə isə agentlik göstəricini 0.28 faizə endirdi. Avropa Kosmik Agentliyi (ESA) də 24 fevral tarixində asteroidin Yerə çırpılma ehtimalını 0.002 faizə qədər azaltdı.
Alimlər asteroidin Ayla toqquşma ehtimalını da nəzərdən keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, asteroidin dəqiq trayektoriyası yalnız 2028-ci ildə məlum olacaq.
"Hazırda asteroidin Ayla toqquşma ehtimalı təxminən bir faiz civarındadır, lakin bu göstərici də azalır. Bununla belə, bu cür toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış baş verəcək və enerji buraxılışı təxminən səkkiz meqaton təşkil edəcək. Ayın atmosferi yoxdur və onun cazibə qüvvəsi zəifdir, buna görə də, partlayış nəticəsində kosmosa atılan qalıqların bir hissəsi sonda Yerə düşə bilər", - deyə alim bildirib.
Asteroidin Yerə çırpılma ehtimalı ilə bağlı proqnozların dəyişməsinə toxunan alim qeyd edib ki, bu hesablamalar daim yenilənir.
"Bu proses heç vaxt dayanmır. Günəş sistemində orbitlər bir dəfə müəyyən olunmuş dəmir yolları kimi sabit deyil. Onlar daim dəyişir və cisim nə qədər kiçik, eləcə də yüngül olarsa, planetlərin cazibə qüvvəsinin ona təsiri bir o qədər çox olar", - deyə Yelenin vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1274 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
20:30 396 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 250 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 922 Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27.09.2026 233 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 223 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 257 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 244 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 213 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
27.09.2026 299