Azərbaycanda rus lampalarına qadağa: Səbəbi AÇIQLANDI

Azərbaycanda rus lampalarına qadağa: Səbəbi AÇIQLANDIAzərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.

Lent.az bildirir ki, bu barədə bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib.

Nazir müavini bildirib ki, 1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur: "İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət, yəni Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir".

Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.(APA)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1301   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi

Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri

14:04 179
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14:25 233
.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 173
.

Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA

Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə

19:00 1
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

13:51 181
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib

17:39 106
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 217
.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

18:30 1
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra

14:20 168
.