"Naxçıvanı İğdıra birləşdirən qaz boru xəttinin çəkilməsi olduqca vacib layihədir" – POLAD MEHDİYEV

"Naxçıvanı İğdıra birləşdirən qaz boru xəttinin çəkilməsi olduqca vacib layihədir" – POLAD MEHDİYEVAzərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir. Bu layihə Naxçıvan Muxtar Respublikasının qaz təminatını sabit və etibarlı bir mənbədən qarşılayaraq onun enerji təhlükəsizliyini təmin edəcək. Hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, lakin İğdır-Naxçıvan xəttinin inşası ilə bu asılılıq aradan qalxacaq.

Layihə həm Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək. Ən önəmlisi isə Azərbaycanın Naxçıvana nəql ediləcək qazın keyfiyyətinə nəzarət edə bilməsidir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, 15 dekabr 2020-ci il tarixində Türkiyə və Azərbaycan arasında Naxçıvanla İğdırı birləşdirən qaz boru xəttinin çəkilməsi ilə bağlı memorandum imzalanıb. Həmin memorandumun şərtinə əsasən hazır olan boru ilə Azərbaycan qazı İğdır üzərindən Naxçıvana verilməli idi:

"Naxçıvanı İğdıra birləşdirən qaz boru xəttinin çəkilməsi olduqca vacib layihədir" – POLAD MEHDİYEV"Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Bu baxımdan Naxçıvanın qazla təchizatının Türkiyə üzərindən həyata keçirilməsi təbii haldır. İranla bağlı eyni analoji müqavilə 2005-2025-ci illəri əhatə edir. Həmin müqavilənin müddəti hazırda bitir. Eynilə də qaz İran üzərindən Naxçıvana verilirdi.
Türkiyə ilə Azərbaycan arasında Naxçıvanla İğdırı birləşdirən qaz boru xəttinin çəkilməsi İranla münasibətlərə təsir etmir. Azərbaycan 25 milyard kubmetr ixrac etdiyi qazın yarısını Türkiyəyə ixrac edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri Türkiyə üzərindən keçir.
Bu baxımdan Naxçıvanı İğdıra birləşdirən qaz boru xəttinin çəkilməsi olduqca vacib layihədir."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu

10:34 148
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 311
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 217
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

10:35 213
.

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal

11:23 154
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14:25 233
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 218
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 157
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 159
.