Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?

Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?Ramazan ayı Allahın lütf və ehsanları ilə dolu bir aydır. Bu ayın ən əhəmiyyətli təlimatlarından biri də oruc tutmaqla yanaşı, xeyriyyəçilik əməllərinin sayını artırmaqdan ibarətdir. Bəs Ramazan ayında ehtiyacı olanlara necə kömək etmək olar? Xeyriyyəçilik əməllərini hansı formada davam etdirmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, Ramazan ayı, sadəcə, bir ay deyil, həm də məktəbdir:

"Bu məktəbin özünəməxsus təlimi və təlimatları var. Bu təlimlər insanlara istiqamət verir, doğru-dürüst olmağı öyrədir. Ona görə də Ramazan adı Quranda çəkilən yeganə aydır. Bu baxımdan, bu ayda yalnız gün ərzində oruc tutmaq kimi mühüm ibadətlə kifayətlənməməli, eyni zamanda, bu ayın bizə verdiyi sosial mesajlara da diqqət yetirməliyik. Sosial rifahın yaxşılaşdırılması üçün, xüsusən də savab əldə etmək niyyəti ilə zəngin müsəlmanlar fəqirlərin durumunu daha rahat hiss edə bilirlər. Çünki insan oruc əsnasında aclığın və susuzluğun nə qədər çətin və gərgin olduğunu əməli olaraq daha dərindən hiss edir".

"Bu baxımdan, Ramazan ayı boyunca inanclı insanlar xeyriyyəçilik prinsiplərini daha da genişləndirirlər. Biz buna daha çox fəqir ailələrə yardım edilməsində, onların borclarının bağlanmasında, çətin vəziyyətdə olan insanlara əl tutulmasında daha aydın şahid oluruq. Maddi yardıma ehtiyacı olan insanlara əl tutulması dirçəliş üçün yeni bir başlanğıcdır, "sizi unutmadıq" mesajı ilə onlara verilən dəyərdir. Zəngin adamlar da bu işin fərqinə varırlar ki, Allahın onlara verdiyi sərvət imtahandır və bölüşmək lazımdır. "Ali İmran" surəsindəki "Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" ayəsi də göstərir ki, ehtiyacı olan insanlara Allah rizası üçün yardım etməliyik. Bu, həm də böyük bir həmrəylikdir, sosial həyatın təyinatı baxımından əhəmiyyətlidir. Hər halda, sədəqədən tutmuş digər xeyir əməllərə qədər xeyriyyəçiliyin çox böyük tərəfləri var", -deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev də Oxu.Az-a açıqlamasında deyib ki, Ramazanda müsəlmanlar arasında sədəqə böyük əhəmiyyət kəsb edir, çünki bu, insanı uca Allaha yaxınlaşdıran ən mühüm savab əməllərdəndir:

"Xüsusi olaraq vurğulayaq ki, yaxşı əməllərin çoxaldığı, rəhmət və məğfirət qapılarının açıldığı bu mübarək ayda sədəqə verməyin savabı qat-qat çoxdur. Müsəlmanlar arasında sədəqənin əhəmiyyəti Qurani-Kərimə, hədislərə və islam böyüklərinin kəlamlarına əsaslanır. Qurani-Kərimin "Hədid" surəsinin 18-ci ayəsində belə buyurulur: "Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!" Hədislərdə də Ramazan ayında verilən sədəqənin bir neçə cəhətdən çox fəzilətli olduğu vurğulanır. Bu mövzuda İmam Cəfər Sadiqin belə buyurduğu rəvayət olunur: "Ramazan ayında verilən sədəqə onun fəzilətini yetmişqat artırır". Bu baxımdan, Ramazanda verilən sədəqə şəxsin günahlarını silir".

"Ramazanın əlamətdar hadisələrindən biri də yoxsulları sevindirməkdir. Rəhmət və ictimai həmrəyliyin yayılmasında təsirli olduğuna görə müsəlmanlar Ramazan ayında sədəqə verməyə çağırılır və bu, uca Allahın "Onlar onu sevərək yoxsula, yetimə və əsirə yemək verirlər" ("İnsan" surəsi, 8-ci ayə) sözlərinə uyğundur. Ramazanda verilən sədəqənin savabı da ikiqat artır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında sədəqənin savabı digər aylardan daha çoxdur, çünki həmin müqəddəs günlərdə xeyirxah əməllərin mükafatı ikiqat artır. Həzrət Əli isə belə buyurub: "Sədəqə ilə ruzi qazanın". Peyğəmbər əfəndimizin əsasını qoyduğu bu nəcib və xeyirxah ənənə onun əhli-beyti və səhabələri tərəfindən də ləyaqətlə davam etdirilib. Peyğəmbərimizin ailəsi və səhabələr Ramazan ayında, xüsusilə iftar zamanı çoxlu sədəqə verirdilər, çünki oruc tutanlara xurma və ya bir içki ilə də olsa, iftar etmək savabdır", - deyə imam vurğulayıb.

Aİİ-nin müəllimi əlavə edib ki, yaxşı olar ki, kasıblara və yoxsullara pul və ya yemək şəklində sədəqə paylansın:

"Oruc tutanlara iftar süfrəsi açmaq müstəhəb əməllərdəndir. Həmçinin yetimlərə və dul qadınlara yardım göstərmək də savab əməldir. Sədəqənin dairəsini daha da genişləndirsək, cəmiyyətə xidmət göstərən xeyriyyə layihələrinə və bu qəbil institutlara dəstək olmaq müstəhəb hərəkətdir. Ramazan ayında tövsiyə olunan ən yaxşı sədəqə növləri qeyd etdiklərimiz ola bilər: məktəb və məscid tikmək, su quyusu qazmaq və ya su çəkdirmək, insan mənəviyyatına xidmət edən kitabların çapını təşkil etmək, uzunmüddətli perspektivdə insanlara fayda verən layihələri maliyyələşdirmək. Qeyd edim ki, digər bu kimi xeyirxah və nəcib işlər sədəqənin daha mükəmməl formasıdır ki, onun bəxş edəcəyi töhfədən geniş toplum yararlana bilər. Ramazanda müsəlmanlar üçün sədəqə, sadəcə, könüllü olaraq həyata keçirilən sadə bir əməl deyil. Bu, eyni zamanda, ikiqat savab, günahların bağışlanması üçün bir fürsət olduğu güclü şəkildə təşviq olunan fəzilətli ibadətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 877   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu

10:34 148
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 311
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 217
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

10:35 213
.

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal

11:23 154
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14:25 233
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 218
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 157
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 159
.