Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı fakt

Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı faktFransa ordusu Avropada hələ də fövqəladə hallarda istifadə üçün göyərçinləri öyrədən yeganə ordu olaraq qalır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu ənənə göyərçinlərin döyüş meydanında əvəzolunmaz elçilərə çevrildiyi Birinci Dünya Müharibəsindən başlayır.

Göyərçin poçtu ən qanlı döyüşlər zamanı mesajların ötürülməsi üçün əsas vasitə idi. Məşhur nümunələrdən biri, yaralanmasına baxmayaraq, 1916-cı ildə Verden döyüşü zamanı yüzlərlə əsgərin təxliyə edilməsinə imkan verən həyati mesajı çatdıran Vaylant adlı göyərçindir.

Bu gün Fransa ordusunun 150-yə yaxın göyərçinləri Paris yaxınlığındakı Mont-Valeren qalasında saxlanılır. Onlar müasir kommunikasiya sistemlərinin sıradan çıxa biləcəyi ekstremal şəraitdə potensial istifadə üçün öyrədilir. Göyərçinlər 1000 kilometr məsafə qət edə və 120 km/saat sürətə çata bilirlər.

Dözümlülük və etibarlılıq simvolu olaraq qalan göyərçinlər anım tədbirləri, yarışlar və ehtiyat ünsiyyət vasitəsi kimi istifadə olunmağa davam edir. Onlara qısa və uzun uçuşlar və göyərçinxanaya qayıtmaq öyrədilir.

Fransa ilə yanaşı, digər ölkələrdə də göyərçinlərdən istifadə olunmağa davam edir. Çin 10 mindən çox quşdan ibarət "göyərçin ehtiyatı ordusu" yaradıb.

Onlar müasir kommunikasiya infrastrukturunun sıradan çıxması zamanı tapşırıqların yerinə yetirilməsi üçün xüsusi təlim keçirlər.

Texnologiya göyərçinlərin istifadəsini əvəz etsə də, onların dözümlülüyü və naviqasiya bacarıqları böhran vəziyyətlərində əvəzolunmaz olaraq qalır.

Fransa bu ənənəni özünün hərbi tarixinin və gözlənilməz hadisələrə hazırlığının bir hissəsi kimi saxlayır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 941   Tarix: 09 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

20:30 396
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20.09.2026 250
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

27.09.2026 922
.

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin

Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri

27.09.2026 233
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 223
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20.09.2026 257
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20.09.2026 244
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 213
.

WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ

WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri

27.09.2026 299
.