Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir
Ekoloji təhsilə erkən yaşlardan başlamaq son dərəcə vacibdir, çünki uşaqlar bu dövrdə ətraf aləmi çox çevik və önyarğısız qəbul edirlər.
Bunu "Report"a bu yaxınlarda işıq üzü görmüş "Uşaqlar üçün yaşıl biliklər" kitabının müəllifi, dayanıqlı inkişaf və kommunikasiya üzrə ekspert Liya Bayramova deyib.
Ekspertin sözlərinə görə, qlobal ekoloji problemlər və iqlim dəyişiklikləri fonunda erkən yaşlardan bu sahədə biliklərin verilməsi vacibdir ki, uşaqların dünyagörüşü formalaşdıqca, onlarda təbiətə qarşı qayğıkeş münasibət inkişaf etsin.
O qeyd edib ki, məhz ənənəvi biliklərin və praktiki bacarıqların ötürülməsi yolu ilə uşaqlar ətraf mühitin həqiqi qoruyucularına çevrilə bilərlər:
"Həm müdrik əcdadlarımız, həm də müasir metodologiyalar üzərində qurulan bu yanaşma artıq bu gün Azərbaycanda ekoloji baxımdan savadlı və məsuliyyətli cəmiyyətin formalaşması üçün möhkəm təməl yaradır".
Kitabın müəllifi vurğulayıb ki, "Uşaqlar üçün yaşıl biliklər" ekoloji təhsili ən kiçik yaşlardan əlçatan və anlaşılan etmək istəyinin nəticəsidir.
L.Bayramova bildirib ki, kitab sadə dildə yazılıb və uşaqların təbiəti qorumağın vacibliyini başa düşməsinə kömək edən praktiki nümunələrlə zəngindir:
"Burada tullantıların təkrar emalı, su və enerjiyə qənaət üsulları, eləcə də xalqımızın ekoloji harmoniyanı qorumağa kömək edən ənənəvi dəyərləri haqqında məlumat verilir. İnanıram ki, bu kitab valideynlər və müəllimlər üçün faydalı bir vasitəyə çevriləcək və uşaqlarda ətraf mühitə qarşı məsuliyyətli münasibət formalaşdırmağa kömək edəcək".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1181 Tarix: 30 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər
Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)
28.06.2026 284 Sodayla ağ saçlardan qurtulmağın yolu
Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bununla qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdən bir
28.06.2026 302 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT
Bir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib. BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb. Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar
21.06.2026 261 Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları
Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb
27.06.2026 183 Qarğalar onları incidən insanların üzünü 5 il yadda saxlayır
Qarğanı incidirsinizsə, o, sizi uzun illər unutmaya bilər. Alimlərin araşdırmalarına görə, qarğalar insan simalarını ən azı beş il yadda saxlaya bilir və onları təhdid edən insanlar barədə məlumatı digər qarğalara, hətta öz balalarına da ötürür. xəbər verir ki, qarğalar "təhlükəli insanları"
21.06.2026 217 Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı
Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra
28.06.2026 226 Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA
İllərdir təmizlik dedikdə ağlımıza ilk gələn şeylərdən biri xoş qoxudur. Evə daxil olan kimi hiss edilən lavanda, limon, vanil və ya okean mehini xatırladan ətirlər insanlarda təmizlik təəssüratı yaradır. Elə buna görə də milyonlarla insan hər gün otaq spreylərindən, avtomatik hava təravətləndiricilərindən
21.06.2026 228 Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
Beynəlxalq təchizat zəncirlərindəki yoxlamaların sərtləşdirilməsi ilə lüks meyvə bazarındakı milyard dollarlıq "saxta məhsul" şəbəkələri bir-bir ifşa edilir. xəbər verir ki, premium brendlərin loqoları ilə bazara çıxarılan gilasları laboratoriya şəraitində araşdıran mütəxəssislər istehlakçıları
27.06.2026 220 Yoxsulluq orqanizmin qocalmasını sürətləndirir
İmkansız ailələrdən olan uşaqlar bioloji baxımdan varlı həmyaşıdlarına nisbətən daha tez qocalır. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu maraqlı fakt Almaniya və ABŞ alimlərinin birgə araşdırması nəticəsində məlum olub. Tədqiqatçılar qeyd edirlər ki, eyni tendensiya uşaqlığı aşağı gəlirl
27.06.2026 180