"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?

"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insanların daha uzun və sağlam ömür sürdüyünə dair xəbərlər və araşdırmalarla diqqət mərkəzindədir. Okinava (Yaponiya), İkariya (Yunanıstan), Olyastra (Sardiniya) və Nikoya (Kosta Rika) kimi bölgələrin sakinləri təbii hərəkətə əsaslanan həyat tərzi keçirir, stres azaldan gündəlik vərdişlərə sahib olur, əsasən bitki mənşəli və şüurlu qidalanır, orta miqdarda spirtli içki qəbul edir, güclü ailə və sosial bağlar qururlar. Alimlər hesab edirlər ki, bu ümumi vərdişlər həmin bölgələrdə uzunömürlülüyə əhəmiyyətli dərəcədə töhfə verir.

Bəs mavi bölgələrin sakinləri həqiqətən daha uzun yaşayır? Yoxsa bu iddialar elmi faktlardan çox, bir mifdir?

Mavi bölgələr və uzunömürlülük iddiaları

BiG.AZ qaynarinfo.az-a istinadən xəbər verir ki, "mavi bölgələr" terminini ortaya atan amerikalı səyyah və jurnalist Den Buetnerin həmmüəllifi olduğu 2016-cı il tarixli bir məqaləyə görə, bu ərazilərdə yaşayan insanlar ABŞ sakinlərindən 100 yaşına çatmaq baxımından 10 dəfə daha çox şansa sahibdir.

Lakin hazırda Böyük Britaniyanın Oksford Universitetinin Əhali və Yaşlanma İnstitutunda tədqiqatçı olan Dr. Saul J. Nyuman bu iddiaların arxasında duran məlumatların etibarlılığına şübhə ilə yanaşır.

Nyuman 2019-cu ildə "bioRxiv" platformasında dərc olunan məqaləsində maraqlı bir nümunə aşkar edib: ABŞ-ın ştatları doğum sənədlərini məcburi tətbiq etməyə başladıqdan sonra 110 yaşını keçən insanların sayında 82% azalma müşahidə olunub. O, mavi bölgələrdə qeydə alınan yüksək uzunömürlülük səviyyəsinin əslində sağlam həyat tərzi ilə deyil, daha çox qeydiyyat səhvləri və saxta məlumatlarla bağlı olduğunu iddia edir.

Nyumanın əks iddiaları

Nyuman bir addım da irəli gedərək bir çox mavi bölgənin ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayır: aşağı gəlir səviyyəsi, aşağı savadlılıq nisbəti, yüksək cinayət göstəriciləri və ölkə üzrə orta ömür uzunluğundan daha aşağı göstəricilər. Bu amillər, əslində, uzunömürlülüyü artırmaqdan daha çox, azaltmağa meyilli olmalıdır. Nyuman həmçinin aşağı gəlir və savadlılıq səviyyəsinin bəzi insanların pensiya məqsədilə yaş saxtakarlığı etməsinə yol aça biləcəyini irəli sürür.

Bundan başqa, 2024-cü ildə o, mavi bölgələrə dair apardığı tədqiqatlarda statistik bir uyğunsuzluq aşkar edib. Onun sözlərinə görə, bu bölgələrdə 110 yaş və daha yuxarı yaşa çatan insanların doğum tarixləri qeyri-adi şəkildə 5-ə bölünən günlərə (məsələn, 5, 10, 15, 20, 25) təsadüf edirdi. Bu isə qeydlərdə geniş yayılmış saxtakarlıq və səhvlərin göstəricisi kimi şərh edilə bilər.

Alimlərin cavabı

2024-cü ilin oktyabr ayında aparıcı mavi bölgə tədqiqatçıları Nyumanın tənqidlərinə sərt şəkildə etiraz edərək onun yaş təsdiqi və statistik analizdə tətbiq edilən ciddi metodları nəzərə almadığını bildiriblər.

Məsələn, Sardiniyada mavi bölgə kəndlərində 100 yaşını keçmiş insanların yaşları bir neçə fərqli mənbə əsasında yoxlanılıb: 1866-cı ilə qədər uzanan mülki status bazaları, XVII əsrdən bəri aparılan əl yazısı kilsə qeydləri və 1866-cı ildən etibarən kənd sakinlərinin nəsil şəcərəsinin yenidən qurulması.

"Təkcə yüz yaşlıların doğum və ölüm tarixləri yoxlanılmadı, həm də onların bacı-qardaşlarının məlumatları da qarşılıqlı olaraq dəqiqləşdirildi. Bu isə Sardiniyadakı yüz yaşlılar arasında mümkün şəxsiyyət dəyişdirmə halları kimi saxta vakaların istisna edilməsinə imkan verdi", deyə alimlər bildirirlər.

Eyni zamanda, Kosta Rikanın Nikoya bölgəsində aparılan tədqiqatlar zamanı yalnız fərdi bəyannamələrə əsaslanılmayıb, həm də ölkənin rəsmi əhali reyestrindən alınan doğum tarixləri istifadə edilib. Nyumanın doğum tarixi uyğunsuzluqları və ya yaş bölgüsündəki yığılmalarla bağlı iddiaları da rədd edilib və belə bir problemin qeydə alınmadığı bildirilib.

Sardiniyanın mavi bölgəsində yüksək cinayət və yoxsulluq nisbətləri ilə bağlı Nyumanın iddiasına cavab olaraq tədqiqatçılar qeyd ediblər ki, geniş regional statistika bu kiçik kənd icmalarını tam əks etdirmir.

Artıq daha uzun yaşamırlar?

Nyumanın yaş məlumatlarının səhv olduğu fikrini rədd edən mavi bölgə tədqiqatçıları, eyni zamanda bu bölgələrin uzunömürlülük üstünlüyünün azalmaqda olduğunu da qəbul edirlər.

2023-cü ildə demoqraf Luis Rosero-Bixbi Kosta Rikanın Nikoya bölgəsində uzunömürlülükdə baş verən dəyişiklikləri üzə çıxaran bir araşdırma yayımladı. O, müəyyən edib ki, 1930-cu ildən sonra doğulan Nikoya sakinləri artıq qeyri-adi dərəcədə uzun ömür sürmürlər. Araşdırmaya görə, 1905-ci ildə doğulan Nikoya kişiləri arasında ölüm nisbəti 33% daha aşağı idi, lakin 1945-ci ildə doğulanlarda bu göstərici 10% daha yüksək olub.

Okinavanın uzunömürlülük ənənəsi də azalır. Demoqraf Mişel Pulen 2024-cü ildə nəşr olunan məqaləsində bildirib ki, yaşlı nəsil hələ də yüksək uzunömürlülük göstəriciləri ilə seçilsə də, gənc nəsillərdə ölüm göstəriciləri artıq Yaponiya üzrə ortalamadan daha yüksəkdir. Alimlər Okinavadakı bu dəyişikliyi müasir qidalanma vərdişlərinin və asanlaşan nəqliyyat imkanlarının təsiri ilə izah edirlər.

Dr. Rosero-Bixbinin sözlərinə görə, yeni nəsillər arasında bu cür dəyişikliklər göstərir ki, mavi bölgələrdə qeydə alınan uzunömürlülük müvəqqəti bir fenomen ola bilər. Yəni, bu ərazilərdə insanlar bir vaxtlar orta göstəricidən daha uzun yaşamış olsalar da, bu üstünlük sürətlə yox olmaqdadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1259   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırmızı saçlı insanların hüceyrə "supergücü" qədim təkamül sirrini ortaya çıxardı

Qırmızı saç və narıncı lələklər uzun müddət riskli təkamül xüsusiyyəti kimi qiymətləndirilib. Bunun səbəbi əvvəlki tədqiqatların onları hüceyrə stressini artıran və insanlarda xərçəng riskini yüksəldə bilən dəri piqmentləri ilə əlaqələndirməsi idi. Yeni araşdırma isə göstərib ki, müəyyən şəraitdə həmi

08.05.2026 343
.

Faydaları sizi heyrətləndirəcək!

Reyhan min bir dərdə şəfa verən bitki kimi tanınır. "Qafqazinfo" xəbər verir ki, 2500 ildən çoxdur Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə əkilən reyhan, sağlamlıq üçün bir çox faydalara malikdir. Vətəni Hindistan olan bu bitki acı, kəskin, lakin dadı ilə seçilir və yalnız qid

05.05.2026 452
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

13.05.2026 218
.

Dünyanın ən varlılarından birinin qızı elə paltar geyindi ki... dəyəri bir ölkə büdcəsi qədərindədir

Məlum olduğu ki, mayın 4-də Nyu-York şəhərində ənənəvi xeyriyyə balı keçirilib. Gecənin hörmətli qonaqları geyimlərinə xeyli səy göstəriblər. Məsələn, Hindistanın ən varlı adamı Mukeş Ambaninin qızı İşa Ambani xüsusi diqqət çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, tədbirdə hindli iş adamını

10.05.2026 603
.

Hər evdə metrlərlə var: Gizli dinləmə edə bildiyi məlum oldu

İnternet sürətimizi artıran və evlərimizdə metrlərlə uzanan fiber-optik kabellərin əslində həssas bir mikrofona çevrilə bildiyi sübut edilib. Honq-Konq Politexnik Universiteti və Honq-Konq Çin Universitetinin tədqiqatçıları tərəfindən aparılan və "NDSS Symposium 2026"da təqdim olunan araşdırm

09.05.2026 285
.

"WhatsApp" artıq belə görünəcək - FOTO

WhatsApp istifadəçilər üçün daha rahat idarəetmə təqdim edəcək yeni dizayn üzərində çalışır. xəbər verir ki, məlumata görə, platforma çat siyahıları bölməsində böyük dəyişikliklər etməyə hazırlaşır. Yeni dizayn ilk olaraq Android beta versiyasında sınaqdan keçirilir. Yenilənmə ilə birlikdə tətbiqə "Kanallar"

09.05.2026 2674
.

Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO

Gecə saatlarında baş verən ailə hadisəsi sosial şəbəkələrdə geniş müzakirə doğurub. xəbər verir ki, gecə saat 3 radələrində evə qayıdan kişi gözləmədiyi reaksiya ilə qarşılaşıb. Həyat yoldaşı qapını açmaqdan imtina edib və ərini qapı arxasında saxlayıb. Hadisə zamanı ər-arvad arasında qapı arxasında

03.05.2026 707
.

Tur şirkəti seçərkən nələrə diqqət etməliyik?

Tur şirkəti seçərkən diqqət etməli olduğumuz məqamlar səyahət təcrübəsinin keyfiyyətini və təhlükəsizliyini təmin etmək baxımından son dərəcə önəmlidir. İlk növbəd, şirkətin təcrübəsi və etibarlılığı yoxlanılmalıdır, çünki bu onların etibarlı fəaliyyət göstərdiyini göstərir. Müştəri rəyləri və şirkə

09.05.2026 216
.

Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək

Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızı

10.05.2026 338
.

TOP MP3