QMİ-dən vətəndaşlara XƏBƏRDARLIQ: Turizm vizası ilə Məkkəyə daxil olmaq QADAĞANDIR
"Ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə Həcc ziyarətinə aparmağa cəhd edirlər".
Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər:
"Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib.
Turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu qeyd edilib. Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və qara siyahıya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli olaraq, bu qanunu pozana cərimə ikiqat artırılıb 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib.
"Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşımız belə şirkətlərin qurbanı olub, Həcc arzusunda olan çox analarımız gözüyaşlı qalıb. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar",- deyə Vüsal Cahangiri qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 680 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 198 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d
10:27 148 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi
10:44 170 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 176 Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir
15:44 150 Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi
"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı
11:12 160 Məktəblər ideoloji təsir mübarizəsinin meydanına çevrilməməlidir
Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur
11:09 135 Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:13 187 Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA
Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib
11:31 153