Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mətbuat konfransında bildirib.
"Bu proqram Ukrayna və Azərbaycan arasında əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır", - o deyib.
Qusev bir həftə əvvəl daha bir qrup ukraynalı uşağın istirahət və reabilitasiya üçün Azərbaycana gəldiyini və onlar üçün bu gün Pasxa bayramları münasibətilə "Gələcək naminə uşaqlar üçün. Ukrayna - Azərbaycan" xeyriyyə məqsədli bədii tədbir çərçivəsində xeyriyyə konsertinin təşkil olunduğunu bildirib.
Ukrayna səfirliyinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsi zamanı valideynləri ölmüş və ya itkin düşmüş 29 uşaq hazırda Azərbaycanda reabilitasiya olunur.
Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə qeyd edib ki, bugünkü tədbir iki ölkə arasında humanitar əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
"Hər kəsə məlum olduğu kimi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və hər zaman Ukrayna xalqının yanındadır. Ümid edirik ki, müharibə tezliklə bitəcək, ukraynalı və azərbaycanlı uşaqlar gələcəkdə daha çox birgə tədbirlər keçirəcəklər", - o qeyd edib.
Hərbi əsirlərlə iş üzrə koordinasiya qərargahının nümayəndəsi və "Gələcəyin adamları" layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk bildirib ki, indiyədək "Gələcək naminə uşaqlar üçün" xeyriyyə aksiyasında 3 mindən çox ukraynalı uşaq iştirak edib.
"Bu layihə artıq dünyanın 20-yə yaxın ölkəsində həyata keçirilib. Layihə uşaqların sosiallaşması, dəstək, o cümlədən psixoloji dəstək, onların təhsili, həmçinin idman baxımından inkişafına yönəlib", - o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 671 Tarix: 20 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏliyev həmkarı ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:22 0 Məktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?
Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir. Bu baxımdan
10:58 122 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 0 Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi
"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı
11:12 109 Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb
Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort
12.10.2026 238 Vahid məktəbli forması ətrafında informasiya savaşı: Təhsil islahatı, milli təhlükəsizlik və İranın ideoloji təsir imkanları
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrə yalnız geyim qaydaları və məktəb intizamı çərçivəsində yanaşmaq məsələnin mahiyyətini tam əhatə etmir. Bu mövzu sosial bərabərlik, təhsil mədəniyyəti, milli-mənəvi dəyərlər və rəqəmsal informasiya mühitinin təsirlər
11:21 94 Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır
Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə
11:02 94 Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA
Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib
11:31 83 Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v
11:42 73