İnsult riskini artıran vərdişlər
"Beyin insultu – bu, beyin qan dövranının pozulması nəticəsində yaranan təhlükəli və kəskin bir haldır. Bu vəziyyət müxtəlif növ nevroloji əlamətlərə, hətta ölümə səbəb ola bilər".
Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Olqa Zintseva deyib.
Həkimin sözlərinə görə, insult iki növdə olur. Ən geniş yayılmışı işemik insultdur: "Bu, damar tıxanması nəticəsində yaranır və beyin toxumalarının oksigen çatışmazlığı səbəbindən qidalanmamasına, nəticədə isə beyin hüceyrələrinin ölümünə, yəni beyin işemiyasına səbəb olur. İşemiya sahəsi nə qədər böyükdürsə, bir o qədər çox beyin sahəsi zərər görür və insanın funksiyaları pozulur. Digər növ isə hemorragik insultdur. Bu, damar partlaması nəticəsində beyinə qan sızması ilə baş verir. Bu növ daha təhlükəli və sürətli inkişaf edir.
İndi isə insultun yaranmasına səbəb olan amillərdən danışaq. İlk olaraq riskin artmasına səbəb olan xəstəliklərdən bəhs etmək lazımdır. Xüsusilə də düzgün qidalanmama nəticəsində yaranan ateroskleroz — yağlı, qızardılmış yeməklər və 'zərərli' xolesterin bu prosesi sürətləndirir.
Bundan əlavə, şəkərli diabet xəstəliyi zamanı da risk artır, çünki bu xəstələrdə damar divarları daha nazik olur və asanlıqla zədələnə bilir. Arterial hipertenziyadan (yüksək qan təzyiqi) əziyyət çəkənlər də xüsusilə diqqətli olmalıdırlar, çünki yüksək təzyiq damar divarlarına əlavə yük yaradır və bu da onların zədələnməsinə səbəb ola bilər".
Onun sözlərinə görə, digər risk amilləri arasında azhərəkətli həyat tərzi, zərərli vərdişlər (siqaret çəkmək, alkoqoldan sui-istifadə), bəzi dərman vasitələrinin qəbulu da var:
"Məsələn, antikoaqulyantların qəbulu qan laxtalanmasını azaldır. Bu da damar zədələnməsi halında qanaxmaya səbəb ola bilər. Kontraseptivlər isə laxtalanmanı artırdığı üçün tromb əmələ gəlməsinə səbəb ola bilər".
Bundan əlavə, mütəxəssisin sözlərinə görə, bu xəstəliyin inkişafında irsi faktorun da mühüm rolu var. Lakin bu gün genetik analizlərin köməyi ilə insult riskini qiymətləndirmək və zərurət olduqda fərdi profilaktika planı hazırlamaq mümkündür.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşStress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 "Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465 Boypik - Boy inkişafı üçün məcun
Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v
30.08.2021 2311 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008