Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bu gündən "e-bülleten" sisteminə keçilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.
BiG.AZ xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, tətbiq edilən innovativ yenilik olaraq, bu gündən Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə "Sığortaolunanlar üçün xəstəlik vərəqələri" Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.
Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSM-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
Məlumatda qeyd olunub ki, "e-bülleten" sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1178 Tarix: 01 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər
Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri
12.10.2026 182 Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12.10.2026 174 Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
12.10.2026 242 Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək
12.10.2026 300 Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12.10.2026 147 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 191 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12.10.2026 276 Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 316