Yeni sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq?
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Yeni sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Elçin Əmirov bildirib ki, əvvəlcə bir məsələni açıq deyim: bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir:
"Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir.
Sual verə bilərsiz, Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb?
Cavab yenə sadədir:
Çünki iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi "freelance" işləyir, kimisi mövsümi. Kimisi evdn çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.
Əslində bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki Azərbaycan sahədən və xaraktrindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq.
Odur ki, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və s. şamil ediləcək.
Bəs effect? Effekt həmişə müsbət olacaqmı? Əlbəttə xeyr!
Bu proses doğru icra edilməzsə müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də ola bilər.
Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulloğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.
Mənfi tərəflərinə gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə "aylıq yox, çağıranda gəl, saatına verərik" deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər.
Odur ki, yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə lazımdır. Əks halda ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta bilər.
Əlqərəz, bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1177 Tarix: 01 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnların cəbhədəki ömrü yarım saatdan çox çəkmir - ABŞ kəşfiyyatının şefi açıqladı
Ukrayna qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından kütləvi istifadə etməsi səbəbindən Ukraynadakı döyüş meydanında yeni rus əsgərinin orta ömrü 20-30 dəqiqədir. "AzPolitika" xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilə
17.07.2026 162 Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat
17.07.2026 168 Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır
Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli
17.07.2026 209 "Məqsəd mənim ağzımı yummaqdır" - Putinin keçmiş rəqibini Duma seçkisinə buraxmırlar
Rusiyanın Dolqoprudnı şəhər məhkəməsi prezidentliyə keçmiş namizəd Boris Nadejdini "ekstremist simvollar nümayiş etdirməkdə" günahkar bilib və ona 100 rubl cərimə kəsib. "AzPolitika" xəbər verir ki, bu barədə "Mediazona" xəbər yayıb. İnzibati Xətalar Məcəlləsinin 20.3-c
17.07.2026 191 Hökumətyönlü idi, Putinə "oğru" dedi, atdılar "içəri"
Rusiyada hakimiyyətyönlü bloger İlya Remeslo saxlanılıb. Axar.əaz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, onu Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması ilə bağlı açılmış cinayət işi çərçivəsində 10 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, Remeslo Rusiya müxalifətinə
17.07.2026 170 Tarixdən əvvəlki mağaraların səssiz dili: 32 simvolun sirri
Mağara rəsmləri deyildikdə adətən heyvan təsvirləri yada düşür. Lakin Avropanın müxtəlif mağaralarında minilliklər boyu təkrarlanan 32 fərqli həndəsi simvol da mövcuddur. Qaynarinfo xəbər verir ki, paleoantropoloq Jenevyev fon Petzingerin fikrincə, bu işarələr bəşər tarixində məlum olan ən qədim yazıl
17.07.2026 142 Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur
Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə
17.07.2026 247 Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında
17.07.2026 213 Çin və Pakistan ABŞ-la İrana çağırış etdi: Atəşkəsə əməl edin, dialoqu bərpa edin
Çin və Pakistan Yaxın Şərqdə gərginliyin yenidən artmaması üçün ABŞ və İrana atəşkəs rejiminə riayət etməyə və diplomatik danışıqları bərpa etməyə çağırış ediblər. Məlumata görə, Çinin xarici işlər naziri Van İ pakistanlı həmkarı İshaq Darla telefon danışığı zamanı tərəflərin üzərinə götürdükləri öhdəliklər
17.07.2026 227