Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındı

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındıBakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1999-cu il təvəllüdlü F.Məlik adlı şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, dava Elnur adlı şəxs tərəfindən "Apartment 9" adı altında fəaliyyət göstərən restoranda təşkil olunan "Mafiya" oyunu zamanı baş verib. Elnur tərəfindən oyuna dəvət olunanlar arasında "Arda" ləqəbi ilə tanınan Ərdəbil adlı zərərçəkmiş şəxs də olub. Məlik komissar kimi "mafiya" tərəfindən oyundan çıxarılıb və bu zaman qaydalara uyğun olaraq komanda yoldaşlarına bildirib ki, onu Ərdəbil çıxarıb.

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındıBu səbəbdən aralarında mübahisə yaranıb. Oyun bitdikdən sonra kafenin digər otağında Ərdəbil və Məlik arasında dava davam edib. Ərdəbil oyun zamanı Məlikin onu gözlə işarə edərək ifşa etməsinə irad bildirib və onun boğazından tutaraq "ala bilirsən, səni neynəyərəm" deyib. Daha sonra Məlik onun arxasına keçərək fənd işlədib, zərərçəkmişi yerə vurub və yumruqla döyməyə başlayıb. Dava zamanı Ərdəbil baş nahiyəsindən xəsarət alıb və qolu sınıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, qoluna gips qoyulub və başı sarınıb. Elə həmin gün polisə şikayət edib.

Hadisədən dörd gün sonra Məliyin dostları Ərdəbili "Four Seasons" otelinə çağırıblar. Oteldə Məlik baş verən hadisəyə görə üzr istəyib və şikayətin geri götürülməsini istəyib. Lakin Ərdəbil məhkəmədə ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Məlik barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza müddətində elektron qolbaq taxacaq və kütləvi tədbirlərdə iştirak edə bilməyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayağı musiqilər niyə sürətlə yayılır? - MUSİQİŞÜNASDAN AÇIQLAMA

Son illər musiqi bazarında məzmun baxımından zəif, qısa müddətdə populyarlıq qazanan və sosial şəbəkələr vasitəsilə sürətlə yayılan mahnıların sayı artıb. Xüsusilə bəzi ifaların sözləri, təqdimat tərzi və estetik səviyyəsi cəmiyyətdə müzakirələrə səbəb olur. Bir çoxları hesab edir ki, bu cür bayağı məzmunl

15:57 145
.

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında

12:32 182
.

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 151 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqq

12:53 177
.

Əvvəl arvadını sonra özünü bıçaqlamaqda şübhəli bilinir

Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib. 33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarə yetirməkdə şübhəli bilinir. Yaralı ər-arvad xəstəxanay

16:06 172
.

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə

13:05 192
.

İsrail HƏMAS hədəflərinə zərbələr endirdi

İsrail Ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğunu bildirdiyi bir sıra hədəflərə hava zərbələri endirdiyini açıqlayıb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, əməliyyat zamanı HƏMAS-ın istifadə etdiyi silah obyektləri və hərbi infrastruktur vurulub. Yerli mənbələ

14:56 155
.

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb

12:17 202
.

Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat

20:30 2
.

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı

151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani

12:57 167
.

TOP MP3