ŞAD XƏBƏR - 8 saatdan çox işləyənlərin maaşları artacaq
Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir.
BAKU.WS-in məlumatına görə, bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və işəgötürənlərə hansı imkanları qazandıracaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə iki yüzə yaxın dəyişiklik paketi hazırlanıb:
"Onlardan biri də məhz saatlıq əməkhaqqı sisteminə keçidlə bağlıdır. Bu sistem bir sıra aspektlərdən vətəndaşların xeyrinə hesab olunur və əmək münasibətlərində daha çevik, şəffaf və rəqabətədavamlı bir mühitin formalaşmasına töhfə verə bilər.
İlk növbədə, saatlıq əməkhaqqı sistemi insanlara eyni anda bir neçə iş yerində çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əməkhaqqının artımı ilə nəticələnə bilər.
Digər mühüm üstünlük isə əmək hüquqlarının daha güclü qorunması ilə bağlıdır. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əməkhaqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov əlavə edib ki, bu sistem qeyri-rəsmi məşğulluğun azaldılmasında mühüm rol oynaya bilər: "Xüsusilə özəl sektorda bəzi işəgötürənlər əmək müqaviləsi bağlamadan işçi çalışdırmağa üstünlük verirlər. Lakin saatlıq əməkhaqqı sistemində əmək saatına əsaslanan qiymətləndirmə işəgötürəni hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Bu da əmək bazarında şəffaflığın və dövlət nəzarətinin güclənməsinə yol açacaq.
Növbəti mərhələdə bu sistemin hüquqi bazasının daha da təkmilləşdirilməsi və əmək qanunvericiliyinin uyğunlaşdırılması gözlənilir. Saatlıq əməkhaqqı sistemi yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də çevik və optimal kadr idarəetməsi baxımından yeni imkanlar vəd edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1400 Tarix: 07 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDiz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
12.10.2026 242 Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun
12.10.2026 238 Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12.10.2026 149 Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin
12.10.2026 740 Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12.10.2026 241 DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12.10.2026 249 Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər
"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
12.10.2026 192 Madyar gələn həftə Zelenski ilə görüşəcək
Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə
12.10.2026 159 Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12.10.2026 147