"Orxan Lökbatanlını Heydər Əliyev Sarayına buraxmayıblar"
Meyxanaçı Vüqar Əbdülov həmkarı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsert vermək istəyindən danışıb.
Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Pərvizə görə"də danışıb. O bildirib ki, bu məkanda konsert üçün peşəkarlıq lazımdır:
"Söhbət Heydər Əliyev Sarayında gedirsə, orada rəhbər İlham Qasımovdur. Onu da çox sevirəm, böyük adamdır. Səhv etmirəmsə, Orxan Lökbatanlı müraciət edib, icazə verməyiblər. Çünki İlham Qasımov bilir ki, o səhnədə hazırlıqsız, məşqsiz, kal, bişməmiş nəyisə təqdim etmək olmaz. Orada konsert vermək üçün 3 ay hazırlaşdım. Ansamblla məşqlər etdik, ssenarini göndərdik. Onda da rəhbəri Polad Bülbüloğlu idi, Allah can sağlığı versin. O, məktubu götürdü, sonra məni çağırdı ki, gəl, necə olacaq? Mən də izah etdim. Məqsəd meyxananı səhnədə tamaşa formasında göstərmək idi. Rəqsləri də birinci dəfə orada təqdim etmişdik. Ədalət Şükürov, Röya Ayxanla duetlərimiz var idi. Bunların hamısını məşqlərlə göstərəndən sonra icazə verdilər ki, edin. İki il ard-arda etdik. Birinci il möhkəm yoxladılar, ikinci il yox.
Ora şadlıq sarayı deyil ki, istədiyin konserti verəsən. Böyük saraydır, strateji və dövlət əhəmiyyətli yerdir. Çox düzgün ediblər, icazə verməyiblər. Fikrimcə, gedib müraciət etsəm, əlimdəki ssenari ilə peşəkar şəkildə təqdim etsəm, başqa səbəb yoxdursa, etiraz etməzlər. Orxan da belə yanaşmalı idi, 2-8 nəfər ansamblla oxumaqla sarayda konsert edə bilməzsən. Bu, restoranda, ya da başqa böyük məkanlarda olar, amma sarayda yox. Yaxşı ki, buraxmayıblar. Orxan ora getsə, o biri deyəcək ki, Orxandan nəyim əskikdir, mən də gedim... Yəqin ki, peşəkar olmayan müğənnilər də müraciət ediblər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1379 Tarix: 07 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur
Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə
13:05 192 Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır
Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli
12:59 167 "Bu gün de-fakto sülh mövcuddur..." - Bayramov Moskvada bəyan etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib. "AzPolitika" xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransınd
19:15 2 Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK
Azərbaycan və Rusiya arasında müntəzəm təmasların və mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini nəzərə alaraq, Baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub və cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçukun görüşünün keçirilməsi planlaşdırılır. xəbər verir ki, bunu xaric
20:45 1 Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı
151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani
12:57 167 Onların cəbhədəki ömrü yarım saatdan çox çəkmir - ABŞ kəşfiyyatının şefi açıqladı
Ukrayna qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından kütləvi istifadə etməsi səbəbindən Ukraynadakı döyüş meydanında yeni rus əsgərinin orta ömrü 20-30 dəqiqədir. "AzPolitika" xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilə
19:45 1 Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də məşhurlaşmaq, gəlir əldə etmək və şəxsi brend yaratmaq üçün platformaya çevrilib. Xüsusilə gənclər arasında blogger olmaq arzusu sürətlə yayılır. Bir çoxları hesab edir ki, sosial mediada tanınmaq uğurun, nüfuzun və maddi qazancın ə
11:19 269 İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirdi
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus olduğunu bildirdiyi bir sıra hərbi obyektlərə hava zərbələri endirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı Hizbullahın hərbi infrastrukturu və silah anbarları hədəfə alınıb. Bildirili
15:01 153 Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat
20:30 2