Qələbənin ruhunu daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ dirçəlişi

Qələbənin ruhunu daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ dirçəlişi2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, "Qarabağ Azərbaycandır!" deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir.
2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun "Biz bu torpaqlarda əbədi yaşayacağıq" sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma "Dağlıq Qarabağ Respublikası" tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: "Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq." Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:"İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq." Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk.

Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil" - BƏHRUZ QULİYEV

"Son günlər Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı tənqidi və ittihamedici materialların intensivləşməsi təsadüfi proses kimi qiymətləndirilə bilməz. Tarixi təcrübə göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik yarandığı dövrlərdə informasiya məkanı da siyasi mübarizəni

10:24 183
.

İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirdi

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus olduğunu bildirdiyi bir sıra hərbi obyektlərə hava zərbələri endirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı Hizbullahın hərbi infrastrukturu və silah anbarları hədəfə alınıb. Bildirili

15:01 144
.

Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik

İnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir. Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstəri

16.07.2026 254
.

İsrail HƏMAS hədəflərinə zərbələr endirdi

İsrail Ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğunu bildirdiyi bir sıra hədəflərə hava zərbələri endirdiyini açıqlayıb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, əməliyyat zamanı HƏMAS-ın istifadə etdiyi silah obyektləri və hərbi infrastruktur vurulub. Yerli mənbələ

14:56 149
.

Zaur Baxşəliyev efirə qayıdır?

Aparıcı Zaur Baxşəliyev izləyicilərinin efirə qayıtması ilə bağlı suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə açdığı canlı yayım zamanı yaxın vaxtlarda yeni layihələrlə tamaşaçı qarşısına çıxacağını bildirib. Yenidən efirə qayıdacağı ilə bağlı suala əvvəlcə "Nə edirsini

10:18 322
.

I kurs tələbəsi vəfat etdi

Bakı Avrasiya Universitetinin (BAAU) I kurs tələbəsi Nuran Qədirli vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin mühasibat uçotu ixtisası üzrə təhsil alan gənc qəfil dünyasını dəyişib

10:12 235
.

"Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında - FOTO

"Global Media Group"un tərkibinə daxil olan "Haber Global" televiziya kanalı "Forbes Türkiyə" və dünyanın aparıcı data və biznes analitikası platformalarından biri olan "Statista"nın birgə keçirdiyi "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" araşdırmasını

16.07.2026 359
.

Almaniya və Fransa nüvə çəkindirməsi üzrə ilk birgə hava təliminə başlayıb

Almaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşma çərçivəsində ilk dəfə birgə hərbi hava təlimi keçiriblər. Məlumata görə, təlimlər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Nörvenix aviabazasında təşkil olunub. BİG.AZ DW-yə istinadə

12:51 176
.

Rusiyalı oliqarxlar kapitallarını xaricə çıxarır

Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda kapitallarını xaricə çıxarmağı sürətləndiriblər. Bu barədə "Bloomberg"

16.07.2026 417
.

TOP MP3