Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil
"Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə "Gold Residence" MMC-yə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi, 5B ünvanlarında yerləşən 1,178 hektar ərazi 49 illik icarəyə verilib. Və bununla da sakinlərin qara günləri başlayıb".
XALQ Dia-az istinadən xəbər verir ki, bu barədə narazılıq edən sakinlər problemlə bağlı ölkə rəhbərliyindən kömək istəyir.
Müraciətdə daha sonra deyilir: " "Gold Residence", sərəncamda göstərilən koordinatlardan kənara çıxaraq, Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın həyətini də qanunsuz olaraq hasarlayıb. Nəticədə, həmin bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışı bağlanıb, onların hərəkət azadlığı məhdudlaşdırılıb. Bu qanunsuz hasarlama, həmçinin təcili yardım və yanğınsöndürmə kimi xüsusi təyinatlı nəqliyyat vasitələrinin əraziyə girişini çətinləşdirib".
Sakinlər dəfələrlə Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət orqanlarına kollektiv şikayətlər ünvanlayıblar. Lakin bu müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, dövlət qurumlarının nümayəndələri "Gold Residence" MMC-nin ofisinə daxil olduqdan sonra, şikayətçilərin müraciətlərinə cavab vermədən ərazidən ayrılırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 665 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
18:31 212 Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ
Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca
18:45 152 Tualet kağızını necə asmaq lazımdır?
Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf
18:30 167 Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
19:00 148 Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun
18:15 195 Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib
Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy
12:55 181 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
20:15 170 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 195 İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:43 186