Boşanma zamanı ən problemli məsələ: Uşaq hansı valideynin yanında qalacaq?

Boşanma zamanı ən problemli məsələ: Uşaq hansı valideynin yanında qalacaq?Boşanma prosesində ən çətin və mübahisəli məsələlərdən biri, bəlkə də birincisi, uşağın hansı valideynin himayəsində qalmasıdır. Əksər hallarda məhkəmə uşağın ananın yanında qalmasına qərar verir.

Lakin bəzi hallarda analar bu məsuliyyətdən könüllü şəkildə imtina edirlər və ya məhkəmə uşağın mənafeyini nəzərə alaraq atanın himayəsinə verilməsi barədə qərar çıxarır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Ailə Məcəlləsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Belə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir:
Boşanma zamanı ən problemli məsələ: Uşaq hansı valideynin yanında qalacaq?"Həm yerli, həm də beynəlxalq qanunvericilikdə bu kimi hallarda uşaqların mənafeyi üstün tutulur. Uşağın tərbiyəsi, inkişafı, daha yaxşı mühitdə yaşaması və s. hallar, o cümlədən İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının da rəyi nəzərə alınmaqla məhkəmə uşağın hansı valideynin yanında qalmasını müəyyən etməlidir. Həmçinin qeyd edək ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Məhkəmə təcrübəsində uşaqlar, əksər hallarda, xüsusilə də körpə yaşalrında ananın himayəsinə verilir. Ancaq ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olması - ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və s. əziyyət çəkməsi, uşaqla qəddar rəftar, psixi və fiziki təzyiq və s., valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallarda uşağın ananın himayəsinə verilməsi istisna edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

18:31 212
.

Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ

Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca

18:45 152
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

18:30 167
.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

19:00 148
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

18:15 195
.

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy

12:55 181
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

20:15 170
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 195
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 186
.