Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar

Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analarBu günümüz gözəl xəbərlə açıldı. PKK özünü ləğv etdi. Nə gözəl! Bəlkə kimlər üçünsə, xəbər o qədər də sevindirici deyil, amma əksəriyyətin buna şad olmağa xeyli əsasları var. Bu yazıda onları sadalamağa çalışacam.

Az qalıram uzun illərdi təşkilatın lideri olaraq antipatiya bəslədiyim birinə deyəm ki, "səni şad xəbər olasan Abdullah Öcalan".

Abdullah Öcalan zamanında türklərə yaxalanmağı ilə bizi sevindirdiyi kimi, indi də bir terror təşkilatını buraxmağı ilə şad edir. Sosialist ideyasından çıxış edərək PKK-nı, Kürdüstan Fəhlə Partiyasını qurdu, amma fəhlə dediklərini çevirib terrorçu etdi. Beləliklə, təkcə dünyanın yox, elə kürd xalqının ciddi probleminə çevrildilər. Özləri bu təşkilata kürdcə Partiya Karkerên Kurdistanê deyirlər. Öcalan xalqının lideri, qəhrəmanı ola bildimi? Bir xalqın minlərlə gənc nəslinin nəticəsi olmayan, yanlış bir siyasət uğrunda məhv edilməsinə bais olan birisi sizcə, qəhrəman ola bilərmi? O, sözün əsl mənasında xalqının genefondunu "qamçıladı". Bəlkə nə vaxtsa, yəni o, 1949-cu ildə Türkiyənin Şanlıurfa kimi gözəl bir diyarında anadan olanda insanlar sevinib, dədəsindən muştuluq belə alıblar. Bu zalım balası isə dünyada özünü uzun illər boyunca Türkiyəyə qarşı silahlı mübarizəyə rəhbərlik edərək tanıtdı. Öz xalqını aldatdı. 1978-ci ildə PKK-nı quraraq kürdlərin hüquqlarını qoruyacağına söz verdi. Amma anlamadı ki, başqalarının hüquqlarını pozmaq, on minlərlə insanın qanını tökmək haqq mübarizəsi deyil və bunun sonu mütləq uğursuzluqla nəticələnəcək. Bəlkə də, anlayıb. Amma ağababalarından aldığı pullar ona daha şirin gəlib. Hər halda bu qədər uzun müddət, insanları hər hansı yollarla olsa belə arxasınca aparan birinə ağılsız deyə bilmərik. Sadəcə, onun ucbatından çox-çox anaların gözü yaşlı qaldı...

Təsəvvür edin ki, 1984-cü ildən etibarən onlar Türkiyədə silahlı hücumlara başladı və bu proses o qədər uzun çəkdi ki... Terrorların bitməsini istəməyən "PKK"-nın əsas sahibləri, pul kisəsinin ağzını geninə-boluna açmışdılar.

1999-cu ildə Öcalan Keniya paytaxtı Nayrobidə tutuldu və Türkiyəyə gətirilərək məhkəmə qarşısına çıxarıldı. Eyni il ölüm cəzasına məhkum edildi. Lakin....

Türkiyənin Aİ-yə üzvlük prosesi çərçivəsində onun cəzası ömürlük həbslə əvəz olundu. Minlərlə gəncini qara torpaq altına göndərən bir dövlət ona humanistlik göstərdi. Bununla nə qədər böyük olduğunu bir daha dünyaya nümayiş etdirdi. Amma türk və kürd analarının gözlərindən axan yaş hələ də davam edirdi.

PKK yenidən, hansısa formada diriləcəkmi?

Bir az tələsməyək, zaman bunun cavabını verməyi, yəqin ki, uzatmayacaq. PKK-nın özünü ləğv etdiyini açıqlamasına baxmayaraq, təşkilatın tamamilə yox olması ehtimalı çox az görünür. Bunu da özümüzdən demirik. Ortada tarixi təcrübə var. Məsələn, təşkilat ya adını, ya formasını, strukturlarını dəyişərək yenidən "zühur" edə bilər. Çünki, onlar öz fəaliyyətini hansısa formada bərpa etmə potensialına çoxdan sahibdirlər. Nəzərə alaq ki, onların uğrunda mübarizə apardığı qanlı ideologiyaları tamamilə məhv olmayıb. Bundan başqa, ən təhlükəli görünən odur ki, təşkilati infrastruktur hələ də mövcuddur. PKK-nı sadəcə bir silahlı təşkilat kimi görmək, ağılsızlıq olar. Onlar eyni zamanda siyasi bir hərəkatdır. Onun Suriya (YPG/PYD), İraq (KCK/HPG), Avropa (diaspora) və hətta bəzi kürd siyasi partiyaları ilə əlaqələri var. İndi təsəvvür etmək çətin deyil ki, bu geniş şəbəkə, təşkilatın formal ləğvindən sonra mövcudluğunu büruzə verə bilər. Ona gör də, bizim kimi düşünən, hətta bizdən daha uzaqları belə hesablaya bilən siyasi texnoloqlar təbii ki, real ehtimal gözardı etməyiblər. Bu səbəbdən də PKK-nın gerçəkdən "yoxa çıxacağına" sadəcə ümid etmək olar.

40 mindən çox insanın ahı

PKK-nın 1984-cü ildə başladığı silahlı mübarizə nəticəsində 40 mindən çox insan həyatını itirib. Bunu da özümüzdən demirik. Türkiyə təhlükəsizlik qüvvələri məlumatı təsdiqləyir. Bura həm türk əsgəri, həm də, PKK üzvləri və mülki şəxslər daxildir. Ümid edək ki, artıq bayrağa bükülüb dəfn edəcək əsgərlərin sayı çox azalacaq.

Deməli belə, bütün hallarda bir siyasi eranı bağlayırıq. Ümid edək ki, gələcək bizə PKK-ya şükür oxutmaz. Yeni eranı yazacaq qələmlərimiz güclü olsun, ayaq basdığımız torpaqlarda kimin gəldiyini bəlli edə bilək!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

18:31 212
.

Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ

Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca

18:45 152
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

18:30 167
.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

19:00 148
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

18:15 195
.

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy

12:55 181
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

20:15 170
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 195
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 186
.