"PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır" - Politoloq

"PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır" - PolitoloqPKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır.Belə ki,Öcalan hələ Ecevit iqtidarı dövründə Keniyada zərərsizləşdirilmiş və həbs edilmişdi. Bəllidir ki,o İmralıdakı adadan təşkilatın fəaliyyətinə rəhbərlik etmirdi.Digər tərəfdən PKK-nın Suriyadakı qanadına uzun illərdən bəri ABŞ-nin maliyyə və hərbi dəstək göstərdiyi bəlli idi. ABŞ administrasiyadından müvafiq göstərişlər almadan onun dərhal fəaliyyətini dayandıracağı da inandırıcı deyildi.Nəhayət nəzərə almaq lazımdır ki,PKK vasitəsilə uzun illər Türkiyəni təhdid edən tərəflərdən biri İsrail olmuşdur və regional təhlükəsizlik problemlərinə Ankara ilə fərqli baxışların qaldığı bir şəraitdə Təl Əvivin PKK ilə əməkdaşlıqdan çəkinməyəcəyi birmənalıdır.

Kürdüstan Fəhlə Partiyasının buraxılacağı və fəaliyyətinə xitam veriləcəyi ilə bağlı xəbərlər bu ilin fevral ayından etibarən gündəmdə idi.Belə ki,məhz fevralın 25-də İmralı adasında ömürlük həbs cəzası çəkən PKK-nın sabiq sədri Abdulla Öcalanın təşkilata silahlı mübarizənin dayandırılması və özünü buraxmaq barədə bəlli müraciəti bu qəbilədən olan xəbərlərin gündəmə gəlməsinə səbəb olmuşdu.Türkiyənin xususi xidmət orqanları bununla bağlı uzun müddət idi ki,Öcalanla danışıqlar aparırdılar.
Türkiyədə 2023-cü ilin prezident seçkiləri kürd millətçiliyi mövqeyindən çıxış edən və parlamentdə təmsil olunan Demokrat partiyasının siyasi proseslərə təsir imkanlarının əvvəlki dövrlərlə müqayisədə zəiflədiyinin göstəricisi oldu.Bunu demokratik kompromisə gəlmək məqsədilə Öcalanın nəzərinə Türkiyə iqtidarına yaxın Millətçi Demokrat Partiyasının lıderi Dövlət Baxçalı da çatdırdı.Onun Öcalanın qardaşı oğlu,Türkiyə parlamentində kürd millətçilərini təmsil edən Demokrat partiyasından deputat İ.Öcalan vasitəsilə apardığı danışıqlar Türkiyənin demokratik gələcəyinə dair kompromis razılıqların əldə edilməsi ilə nəticələndi.Bundan əlavə, Öcalanın qərarına onun adadakı durumu,habelə ona vəd edilən bəzi təkliflər də təsir göstərmiş oldu.Nəticə etibarilə mayın 7-də KFP məxfi şəkildə özünün 12-ci qurultayını keçirərək silahı yerə qoyacağını və fəaliyyətini bundan sonra qanunvericilik bazası əsasında davam etdirəcəyini bəyan edib.Bu qərara Baxçalının qeyd etdiyi kimi Mardin şəhərinin meri,kürd millətçilərinin ağsaqllarından sayılan Əhməd Türkün də ciddi təsiri olub.
PKK-nın özünü buraxması və fəaliyyətini dayandıracağı ilə bağlı qərarı Türkiyəni 50 ildən yuxarı təhdid edən terror təhlükəsinin nəhayət ki,aradan qalxacağı və ya ən azı səngiyəcəyi ilə bağlı fikirləri səsləndirməyə əsas verir.Lakin Öcalanın bu çağırışına Suriya və İraq ərazisində dislokasiya mövqeləri olan PKK-nın məlum qabadlarının da adekvat cavab verəcəyi hələ də sual altındadır.Suriyada PKK lideri Cəmil Bayık Öcalanın çağırışına münasibətdə bu qərarın onun özünə aidiyyəti ilə bağlı olduğunu qeyd edərək PKK-nın Suriya qanadının bu müraciətə əsasən fəaliyyətini dayandırmayacağını bəyan edib.Ümumiyyətlə isə PKK-nın Öcalanın bir çağırışı ilə silahları yerə qoyacağı da inandırıcı təsir bağışlamır.Belə ki,Öcalan hələ Ecevit iqtidarı dövründə Keniyada zərərsizləşdirilmiş və həbs edilmişdi. Bəllidir ki,o İmralıdakı adadan təşkilatın fəaliyyətinə rəhbərlik etmirdi.Digər tərəfdən PKK-nın Suriyadakı qanadına uzun illərdən bəri ABŞ-nin maliyyə və hərbi dəstək göstərdiyi bəlli idi. ABŞ administrasiyadından müvafiq göstərişlər almadan onun dərhal fəaliyyətini dayandıracağı da inandırıcı deyildi.Nəhayət nəzərə almaq lazımdır ki,PKK vasitəsilə uzun illər Türkiyəni təhdid edən tərəflərdən biri İsrail olmuşdur və regional təhlükəsizlik problemlərinə Ankara ilə fərqli baxışların qaldığı bir şəraitdə Təl Əvivin PKK ilə əməkdaşlıqdan çəkinməyəcəyi birmənalıdır.
Suriyada real hakimiyyət Ankara ilə bağlılığı olan keçid hökumətinin nəzarətinə keçdikdən sonra bəllidir ki,Türkiyə Əş Şuara iqtidarı vasitəsilə mövcud problemi nizamlamağa çalışacaq.Ankara və Təl-Əviv arasında münasibətlərdəki gərginliyin aradan qaldırılmasında aydındır ki,rəsmi Bakı regional təhlükəsizlik,habelə hər iki tərəflə strateji tərəfdaşlıq münasibətlərindən çıxış edərək vasitəçilik etmək üçün geniş imkanlara malikdir. Belə ki,hər iki tərəflə rəsmi Bakı yüksək etimad kəsb edən əlaqələrə malikdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

18:31 212
.

Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ

Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca

18:45 152
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

18:30 167
.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

19:00 148
.

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğun

18:15 195
.

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy

12:55 181
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

20:15 170
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 195
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 186
.