Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirir

Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki mövcudluğunu daha da gücləndirir. Davamlı inkişaf hədəflərinin bir hissəsi olaraq reallaşdırılan və regionun rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyən bu strateji addımın təqdimatı 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirdə baş tutub.

Bakü — Redington Türkiyə, davamlı inkişaf strategiyası çərçivəsində Qazaxıstandan sonra Azərbaycanda da yeni bir ofis açıb. 40-dan çox bazarda fəaliyyət göstərən və 290-dan çox texnologiya brendinin distribyutorluğunu həyata keçirən Redington Qrupu, Türkiyədə əldə etdiyi uğuru MDB bölgəsinə daşımağı planlaşdırır. Redington Türkiyə & MDB, Azərbaycanda yeni ofisi ilə bazara güclü bir giriş edərək regionun texnologiya ekosisteminə mühüm töhfələr verməyə hazırlaşır.

Redington Türkiyə, Azərbaycanda yerli mövcudluğunu gücləndirir

Türkiyədə əhəmiyyətli uğurlara imza atan və davamlı inkişafını davam etdirən Redington Türkiyə, indi isə Azərbaycandakı son istifadəçilərə texnologiya ehtiyaclarına ən uyğun proqram təminatı həllərini partnyorları vasitəsilə təqdim etməyi hədəfləyir. Şirkət Azərbaycan ofisi vasitəsilə regionun böyük potensialından faydalanmağı və yerli ehtiyaclara cavab vermək üçün qlobal təcrübə ilə yerli xidmətləri birləşdirməyi qarşısına məqsəd qoyub.
Azərbaycanda fəaliyyət göstərən və hər keçən gün böyüyən mütəxəssis komandası ilə Redington, distribyutorluğunu etdiyi qlobal markaların Kibertəhlükəsizlik, Server, Məlumatların Saxlanması, Məlumatların Qorunması və Analitika həllərini partnyorları vasitəsilə son istifadəçilərə təqdim edəcək. Yaxın zamanda Bulud Hesablama həlləri ilə regiondakı məhsul portfelini genişləndirəcək olan Redington Türkiyə, Arctera, Cohesity, Mastercard, Kehua Technology, Automind, Qlik, EDB, Pure Storage, Kaytus, Vast Data, Eviden, Binalyze, Sangfor, Corelight, Tripwire / Fortra, Red Hat, SAS, PTC, DTEN və ZOOM kimi dünyaca məşhur texnologiya markaları ilə innovativ həllər təqdim etməyi planlaşdırır.
Yeni ofis çərçivəsində fəaliyyət göstərəcək Redington Azərbaycan Akademiyası, Azərbaycanın İT ekosistemində texniki bilik səviyyəsini artırmağı və rəqəmsal transformasiya proseslərinə dəstək göstərməyi hədəfləyir. Redington-un qlobal həlləri, iri müəssisələrdən kiçik və orta bizneslərə qədər bütün səviyyələrdəki şirkətlərin ehtiyaclarını qarşılamağa hazırdır.

Açılış tədbiri texnologiya liderlərini bir araya gətirdi

Azərbaycan ofisinin açılış mərasimi 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirlə qeyd olundu. Tədbirdə Redington rəhbərliyi, qlobal texnologiya markalarının regional yüksək səviyyəli nümayəndələri və yerli partnyorlar bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər. Görüşlərdən sonra tədbir əyləncəli şou və canlı musiqi müşayiəti ilə keçirilən qala şam yeməyi ilə başa çatdı.
Tədbirdə Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncir və Redington Türkiyə, MDB və Afrika Regionunun Rəhbəri Serkan Çelik də iştirak ediblər. Bora İncir öz növbəsində yeni komandanı təqdim etdi. Komandaya Redington-un MDB ölkələri üzrə regional meneceri Abdullah Doğanay və Redington-un Azərbaycan üzrə meneceri Cəlal Sadıxov daxildir.

Bora İncir: "Türkiyədə qazandığımız uğuru Azərbaycana daşıyırıq"

Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncir, Azərbaycanda uzunmüddətli və güclü bir inkişaf hədəflədiklərini vurğulayaraq bildirib:
"Türkiyədə əldə etdiyimiz güclü inkişaf və uğuru başda Azərbaycan olmaqla bütün MDB bölgəsinə daşımağı planlaşdırırıq. Qlobal təcrübəmizi yerli xidmət yanaşması ilə birləşdirərək, Azərbaycandakı partnyorlarımız vasitəsilə regiondakı texnologiya ehtiyaclarına ən uyğun həlləri təqdim edəcəyik. Azərbaycanda açdığımız ofis, bu bölgəyə verdiyimiz strateji əhəmiyyətin bariz nümunəsidir. İnvestisiyalarımızı davam etdirərək bölgədəki mövqeyimizi daha da gücləndirəcəyik."

Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirirRedington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

14:14 201
.

Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB

Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın

20:30 26
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 184
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 215
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 203
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

17:20 176
.

İordaniyaya getmək istəyənlərin nəzərinə!

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb

17:52 158
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

20:38 0
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 193
.