"Məktəblərdə "son zəng" adlı tədbirlər imkanlı valideynlərin təşkil etdiyi bahalı şouya çevrilib"

"Məktəblərdə "son zəng" adlı tədbirlər imkanlı valideynlərin təşkil etdiyi bahalı şouya çevrilib""Son zəng tədbirlərinin formatına dair Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan "standart layihə" qərarı əslində idarəetmə və tənzimləmə məqsədi daşıyan inzibati addımdır. Lakin bəzi şagirdlərin və hətta valideynlərin "sərbəstliyimiz əlimizdən alındı" kimi reaksiyası məsələnin daha dərin – pedaqoji, sosial və psixoloji qatlarını ortaya çıxarır. Bu qərar sadəcə texniki tənzimləmə deyil, təhsil fəlsəfəsindəki bir dönüş nöqtəsini də təmsil edir: məktəb təhsili yalnız biliyin verilməsi deyil, dəyər və davranışın da tənzimləyicisidir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, bildirib ki, standart tədbir layihəsinin tətbiqi bir neçə mühüm sahədə dəyişiklik yaradacaq. Əvvəla, tədbirin sosial bərabərlik prinsipinə uyğunlaşdırılması təmin olunacaq. İndiyədək bəzi məktəblərdə "son zəng" adlı tədbirlər faktiki olaraq imkanlı valideynlərin təşkil etdiyi bahalı şouya çevrilmişdi. Müğənni dəvətindən tutmuş lüks restoranlarda qeyd etməyə qədər bir sıra elementlər maddi imkanları zəif olan ailələri kənarda qoyurdu. Standart tədbir modelinin tətbiqi bu bərabərsizliyi ortadan qaldırmaq üçün institusional müdaxilə rolunu oynayır və məktəb daxilində hamının eyni hüquqla iştirak edə biləcəyi tədbir məkanını təmin edir:

"Məktəblərdə "son zəng" adlı tədbirlər imkanlı valideynlərin təşkil etdiyi bahalı şouya çevrilib""İkinci mühüm dəyişiklik təhlükəsizlik və nəzarət mexanizmlərinin gücləndirilməsidir. Son illərdə "son zəng" sonrası qeyri-rəsmi toplantılarda spirtli içki, yol-nəqliyyat hadisələri, kütləvi davalar və digər təhlükəli hallar baş verib. Təhsil müəssisəsinin nəzarəti xaricində keçirilən bu tədbirlər uşaqların həyatına, psixoloji durumuna və gələcək baxışına zərər vura bilər. Standart tədbir modeli məktəbin nəzarətində, müəllimlərin iştirakı ilə, açıq və ictimai şəkildə keçiriləcək bir məkan yaratmaqla bu riskləri minimuma endirmək məqsədi daşıyır.

Bu qərarın müsbət təsiri həm də tərbiyəvi və simvolik dəyərlərin önə çəkilməsi ilə bağlı olacaq. Son zəng – əslində – bir ayrılıq mərasimidir, təhsilin son akkordudur. Bu mərasimdə əsas diqqət müəllimə təşəkkür, məktəb həyatına sayğı və gələcək hədəflərə stimullaşdırma olmalıdır. Bahalı geyimlər, gediş-gəlişlər, şoular bu dəyərləri kölgədə qoyurdu. Standart tədbir formatı bu diqqəti yenidən simvolik, mənəvi və pedaqoji məzmun üzərinə yönəldir".

Ekspert qeyd edib ki, şagirdlərin "sərbəstliyimiz əlimizdən alındı" deməsi, əslində onların iştirak etmədikləri qərarların nəticəsini hiss etməsindən qaynaqlanır. Bu həm də gənclərin iştirakçılıq hüququna, öz fikirlərinin nəzərə alınmasına ehtiyac olduğunu göstərir. Bu problemi həll etməyin yolu onların hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə, məktəbdaxili şagird parlamentləri və valideyn-məktəb şuraları vasitəsilə tədbirin formatında iştirak imkanları yaratmaqdır. Standart tədbir modelində şagirdlərə təqdim edilə biləcək sərbəstlik — məsələn, çıxış hazırlamaq, səhnəciklər oynamaq, kollektiv təşəbbüslərlə xatirə layihələri (ağacəkmə, divar panosu, məktuba məktub) təşkil etmək – onların həm yaradıcı, həm də məsuliyyətli iştirakını təmin edə bilər:
"Məktəblərdə "son zəng" adlı tədbirlər imkanlı valideynlərin təşkil etdiyi bahalı şouya çevrilib""Dünya təcrübəsində də oxşar tənzimləmələr var. Məsələn, Almaniyada "Abifeier" (abituriyent bayramı) məktəbin nəzarətində keçirilir və burada sərbəstlik müəyyən çərçivədə təmin olunur: şagirdlər səhnə quruluşu və çıxışlar hazırlayır, lakin zaman, məkan, təhlükəsizlik və proqram komponentləri məktəb rəhbərliyi tərəfindən razılaşdırılır. Skandinav ölkələrində isə məktəb sonu tədbirləri tamamilə tərbiyəvi xarakter daşıyır, şagirdlərin təşəbbüsünü cəmiyyətə faydalı işlərə yönəltmək əsas məqsəd olur.

Qərarın effektivliyi yalnız onun tətbiqi ilə deyil, necə izah olunması və necə icra olunması ilə müəyyənləşəcək. Əgər bu standart model yalnız inzibati tapşırıq kimi tətbiq olunarsa, müqavimət doğuracaq. Amma bu model şagird və valideynlərlə birgə planlansa, məzmun baxımından zənginləşdirilsə, iştirakçılıq və sosial ədalət bərabər təmin olunsa, "sərbəstliyin alınması" deyil, "təhlükəsiz və ədalətli tədbir" olaraq qəbul ediləcək.

Bizi narahat edən şagirdlərin sərbəstliyi yox, sosial bərabərsizliyin tədbir adı ilə təbliğ edilməsidir. Ona görə də bu qərar dəyişiklik yaratmayacaqsa, yalnız forma olacaq. Amma dəyişiklik məzmunla, iştirakla və şəffaflıqla müşayiət olunarsa, təhsilin son akkordu da gələcəyə doğru uğurlu başlanğıc kimi xatırlanacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1437   Tarix: 14 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

14:14 201
.

Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB

Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın

20:30 26
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 184
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 215
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 203
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

17:20 176
.

İordaniyaya getmək istəyənlərin nəzərinə!

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb

17:52 158
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

20:38 0
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 193
.