Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tender uddu
Deputat Tahir Mirkişiliyə məxsus olduğu bildirilən "Ultra Technologies" şirkəti daha bir tenderin qalibi seçilib.
Qaynarinfo-nun məlumatına görə, tender İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilib.
Mərkəz şirkətdən HPE, "Cisco" markalı server və şəbəkə avadanlıqlarının mövcud lisenziyalarının və zəmanət müddətlərinin, həmçinin "VmWare" və "Veeam Backup" lisenziyalarının müddətlərinin uzadılması xidmətini satın almaq istəyir.
Şirkətin qiymət təklifi 4 810 523,7 manat olub. Bununla da "Ultra Technologies" şirkəti cari ildə qalib gəldiyi tenderlərin sayını 5-ə çatdırıb.
Şirkət bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitunun, Maliyyə Nazirliyinin və Azərbaycan İdman Akademiyasının keçirdiyi tenderlərin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 602 309,26 manatdır.
"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Həmin vaxt şirkətin adı "Ultra Comnputers" olub. Şirkət 2016-cı ilə qədər bu adla fəaliyyət göstərib.
1000 manat nizamnamə kapitalı olan "Ultra Technologies" şirkətinin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
Məhəmməd Zülfüqarlı həm də MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir. Şirkət vergi sistemində passiv vergi ödəyicisi kimi qiymətdədir. Məhəmməd Zülfüqarlı haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
"Ultra Technologies" MMC-nin Tahir Mirkişiliyə məxsus olması barədə iddialara gəlincə, deputat 2000-2011-ci illərdə şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib. Bu fakt şirkətin ona məxsus olması barədə iddialara səbəb olub. Maraqlıdır ki, deputat indiyədək bu iddiaları təkzib etməyib.
Tahir Mirkişili 2015-ci ildən deputatdır. O, parlamentdə 43 saylı Sumqayıt II seçki dairəsini təmsil edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 14 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
14:14 201 Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB
Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın
20:30 26 İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:43 184 Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu
"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd
12:50 215 Sabah hava necə olacaq?
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a
12:35 203 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind
17:20 176 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
17:52 158 Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto
"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy
20:38 0 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 193