Qida zəhərlənmələrinə qarşı ciddi tədbirlər görülməlidir – Mütəxəssisdən vacib xəbərdarlıq

Qida zəhərlənmələrinə qarşı ciddi tədbirlər görülməlidir – Mütəxəssisdən vacib xəbərdarlıqQida zəhərlənmələri bakteriyalar, onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və suyun istehlakı nəticəsində yaranan xəstəliklərdir. Bu hallara xüsusilə yay aylarında daha çox rast gəlinir.

Yüksək temperatur bakteriyaların çoxalması üçün əlverişli şərait yaratdığından, bu dövrdə qidaların daha tez xarab olması və müxtəlif mənşəli zəhərlənmələrə səbəb olması ehtimalı artır.

BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son dövrlərdə ölkəmizdə qida zəhərlənməsi hallarında artım müşahidə olunur və yay mövsümündə bu hal daha da güclənə bilər:

Qida zəhərlənmələrinə qarşı ciddi tədbirlər görülməlidir – Mütəxəssisdən vacib xəbərdarlıq"Yüksək temperaturda qidaların tez xarab olması, saxlanma və hazırlanma proseslərində gigiyena qaydalarının pozulması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bu cür halların qarşısının alınması üçün qida məhsullarının düzgün saxlanma şəraiti – xüsusilə də soyuducu temperaturunda saxlanması vacibdir".

Mütəxəssisin fikrincə, qida istehsalı və satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik tələblərə ciddi şəkildə əməl olunmalı, vaxtaşırı nəzarət və yoxlamalar həyata keçirilməlidir.

Eyni zamanda:

Qida zəhərlənmələrinə qarşı ciddi tədbirlər görülməlidir – Mütəxəssisdən vacib xəbərdarlıqİctimai maarifləndirmə tədbirləri genişləndirilməli,

İstehlakçılar düzgün qida seçimi və saxlanma qaydaları barədə məlumatlandırılmalı,

İstehlak müddəti bitmiş məhsulların satışına qarşı ciddi nəzarət tətbiq olunmalı və məsul şəxslər inzibati məsuliyyətə cəlb edilməlidir.

O vurğulayıb ki, yay mövsümündə xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları, kremli şirniyyatlar kimi tez xarab olan məhsullara qarşı diqqətli olmaq lazımdır.

"Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də vətəndaşların məsuliyyətidir. Açıq havada və sanitar şəraiti şübhəli olan yerlərdə qida qəbulundan çəkinmək, sağlamlığın qorunması üçün vacibdir. Sağlam cəmiyyətin təməli təhlükəsiz və keyfiyyətli qidalanmadan keçir", – deyə Asim Vəliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir

Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyot

11:23 192
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 181
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 192
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 205
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.

Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

11:57 175
.

Kamboca Baş naziri rəsmi qarşılandı - Fotolar

Bu gün Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş nazir

10:57 155
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

11:33 173
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 201
.