Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub

Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurubAilə Park" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
XALQ-ın məlumata Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli "Whitestone Towers" yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.
Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.
Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.
İstintaq orqanı tərəfindən "Ailə Park" QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.
Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: "Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: "Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb".
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.
Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: "Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm".
Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: "Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub".
İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:
"Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var".
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.
Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verilmişdir.
Bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktla bağlı akt tərtib olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quzu əti niyə fərqli qiymətlərə satılır (VİDEO)

Bazarlarda satılan quzu ətinin qiymətlərində fərq müşahidə olunur. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik quzuların qiyməti 23-25 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, qiymət quzunun çəkisinə

10:16 171
.

İspaniyada güclü meşə yanğını: 12 min hektar ərazi külə döndü, yaşayış məntəqələri təxliyə edildi

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsində baş verən meşə yanğını sürətlə genişlənərək 12 min hektar ərazini əhatə edib. Yerli KİV-in məlumatına görə, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Sinko-Vilyas bölgəsində yerləşən Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastily

14:50 66
.

Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib

Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib. Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib. "Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli bütü

16.07.2026 306
.

Rayonlara dolu düşəcək

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 30-35 isti olacaq

13:24 142
.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

16.07.2026 523
.

AQTA-nın yeni qaydaları müzakirə mövzusu oldu - "Buna ehtiyac var idimi?" - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ölkəyə idxal olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların daşınması ilə bağlı tətbiq edəcəyi yeni tələblər ictimai müzakirələrə səbəb olub. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən heyvanlar yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşdırılmı

10:58 195
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

12:59 132
.

Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanıldı

Türkiyənin tanınmış ifaçıları Sıla Gəncoğlu və İlyas Yalçıntaş narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və sahibkarların da daxil olduğu 25 şübhəli şəxs barəsində əməliyyat keçirib

16.07.2026 304
.

Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək

Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola

13:42 127
.

TOP MP3