"Rich Life"da dava: Xanım tanışı ilə ad gününə getdi, restorana 7500 manat ziyan vurdu
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Rich Life" restoranında insident törədən şəxsə qarşı məhkəmə qərarı elan edilib.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş İntiqam Məmmədova (soyad şərti) qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanı kobud şəkildə pozma, ictimai yerdə başqalarının sakitliyini pozan, zor tətbiqi ilə müşayiət olunan hərəkətlər) maddəsi ilə cinayət işi açılıb və işə məhkəmə baxıb.
İş materiallarına əsasən, İntiqam xanım tanışı V.G. ilə birlikdə həmin restoranda A.D. adlı rəfiqələrinin ad günü məclisində iştirak edib. Təqsirləndirilən şəxs məclis zamanı spirtli içki qəbul etdikdən sonra V.G. ilə mübahisə edib. Restoranın administratoru onu sakitləşdirməyə çalışsa da, İntiqam aqressiv davranaraq restorana məxsus əmlakı dağıtmağa başlayıb.
Belə ki, o, təpiklə bir ədəd 2600 manatlıq "Samsung" və bir ədəd 800 manatlıq JVC markalı televizoru sındırıb. Bundan başqa, əli ilə rəflərdəki içki şüşələrini yerə ataraq sındırıb:
* 4 ədəd 700 ml-lik, hər biri 450 manat olan "Hennessy XO" konyakı
* 5 ədəd 1 litr həcmli, hər biri 220 manat olan "Chivas 18" viskisi
* 6 ədəd, hər biri 70 manat olan "Sierra" markalı tekila
* 4 ədəd 700 ml-lik, hər biri 65 manat olan "Jack Daniels" viskisi
* 1 ədəd, 60 manatlıq 1 litr "Jägermeister" içkisi
* 1 ədəd, 120 manatlıq 750 ml-lik "Moet Chandon" şərabı
* 2 ədəd, hər biri 60 manat olan 1 litr "Ballantine’s" viskisi
* 3 ədəd, hər biri 70 manat olan 1 litr "Jameson" viskisi
Nəticədə restorana ümumilikdə 7490 manat məbləğində maddi ziyan dəyib.
Hadisə bununla da bitməyib. İntiqam əsəbini cilovlaya bilməyərək restoranda olan Türkiyə vətəndaşı Burkaya hücum edib və ona sol çənə bucağının şişməsi ilə müşayiət olunan xəsarət yetirib. Daha sonra isə restoran qarşısında dayanmış taksi sürücüsü F.Y.-yə məxsus "Kia" markalı avtomobilin ön buferinin sol hissəsini təpiklə zədələyərək 200 manat məbləğində maddi ziyana səbəb olub.
Məhkəmədə təqsirləndirilən şəxs cinayəti sərxoş halda törətdiyini etiraf edib və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə onun istintaq zamanı həbsdə saxlanıldığı 4 ay 29 gün cəza müddəti nəzərə alınaraq, qəti olaraq 1 il 8 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 864 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir
Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyot
11:23 192 İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:43 181 Sabah hava necə olacaq?
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a
12:35 192 Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu
"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd
12:50 205 Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil
Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur
11:26 180 Əliyev İspaniya Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında
11:57 175 Kamboca Baş naziri rəsmi qarşılandı - Fotolar
Bu gün Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş nazir
10:57 155 Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə
11:33 173 Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
14:00 201