Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi

Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdiBugün Berlində keçirilən innovativ məhsulların təqdimat tədbirində Huawei "Gələcək bugündür" konsepsiyası çərçivəsində bir sıra yeni cihazlar və qabaqcıl texnologiyalarını təqdim etdi. Müasir texnologiya nailiyyətlərini zərif dizaynla birləşdirən Huawei, gələcəyin daha ağıllı və estetik baxış nöqtəsini formalaşdırır.

Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdiHUAWEI WATCH 5 - interaktiv imkanların inkişafında innovativ sıçrayış örnəyi

HUAWEI WATCH 5 geyilə bilən cihazlarla istifadəçi arasında smart əlaqədə inqilabi dəyişikliklər təqdim edir. Bu saatda yenilənmiş HUAWEI TruSense sistemi və çoxsensorlu X-TAP texnologiyası istifadə olunur ki, bu da sensorların paylanmış arxitekturaya əsaslanaraq işləməsi sayəsində baş verir. Bu tip təkmilləşdirmələr istifadəçilərə daha dəqiq, sürətli və detallı sağlamlıq qiymətləndirmələri aparmaq üçün sadəcə barmağın ucu ilə ölçmə imkanı açır. Həmçinin HUAWEI WATCH 5 modelində cihazla idarəetmə üçün iki yeni jest - "İkiqat sürüşdürmə" və "İkiqat toxunma" təqdim olunur. Ənənəvi rəng palitrasına əlavə olaraq, bu model daha zərif rəngdə — yeni bənövşəyi və qum rəngində təqdim olunur və bu rənglər cihazın həm innovativ, həm də premium dizaynını vurğulayır.

Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi---

Yeni flaqman cihazlar: texnologiya və üslubun vəhdəti

Tədbirdə həmçinin HUAWEI WATCH FIT 4 seriyalı ağıllı saatlar, HUAWEI FreeBuds 6 qulaqlıqları və HUAWEI MatePad Pro 12.2" planşeti təqdim olundu.

HUAWEI WATCH FIT 4 saatları FIT seriyasının kvadrat dizayn ənənəsini qoruyaraq, "Hərəkətdə üslub" fəlsəfəsinə uyğun hazırlanıb – burada sağlam həyat tərzi və özünə qayğı ən ön plandadır. Cəmi 9.3 mm nazikliyində olan ultra-yüngül HUAWEI WATCH FIT 4 Pro peşəkar səviyyəli idman rejimləri təklif edir: kross qaçışı, 40 metrədək dərinliyə dalma və qolf, təkmilləşdirilmiş HUAWEI TruSense sistemi ilə fiziki aktivliyin daha intellektual və kompleksli monitorinqini təmin edir.

Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdiHUAWEI FreeBuds 6 - HUAWEI-in ikili maqnitli ötürücülərlə təchiz olunmuş və 2.3 Mbit/s sürətli itkisiz səs ötürülməsini dəstəkləyən ilk yarı-açıq tipli qulaqlıqlarıdır. Təkmilləşdirilmiş səs-küyün aradan qaldırılması texnologiyası və zərif damla formalı dizayn sayəsində bu qulaqlıqlar zəng zamanı Kristal-təmiz səs verir və sevimli musiqilərə tam dalmağa imkan yaradır.
HUAWEI MatePad Pro 12.2" 2025* planşeti Tandem OLED ekran və PaperMatte texnologiyası ilə təchiz olunub. Bu innovativ texnologiyalar sayəsində əks parıltı olmadan görüntü dəqiqliyi və parlaqlığı təmin olunur. Huawei Glide Keyboard klaviaturası və yenilənmiş "Bloknot" tətbiqi ilə birgə bu planşet "mobil ofis" anlayışının yeni üfüqlərini açır.

Fəallıq halqaları: aktiv həyatın hər anından zövq almağın yeni üsulu

Fitnes və idmana marağın artdığı dövrdə Huawei "Həyatı dolu yaşa" fəlsəfəsinə əsaslanan "Fəallıq halqaları" kampaniyasını açıq elan edir. Biləyə taxıla bilən cihazlarında 100-dən çox idman rejimini təklif edən Huawei, hər yaş və fiziki hazırlıq səviyyəsində olan istifadəçiləri sağlam və aktiv həyat tərzinə dəvət edir, bunu onların rahat və əlçatan formada etmələri üçün şərait yaradır

Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdiIDC-nin son hesabatlarından birinə əsasən, 2024-cü ildə Huawei biləyə taxıla bilən cihazların tədarükü üzrə illik artım tempinə görə dünyada birinci yeri tutub və artıq altıncı ildir ki, Çin bazarında lider mövqeləri qoruyur. Huawei-in biləyə taxıla bilən cihazları dəbli olmaqla yanaşı sağlam həyat tərzində trend yaradan cihazlar olaraq qalır və biləyə taxılan ağıllı cihazlar dünyasında yüksək stil ikonuna çevrilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir

Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyot

11:23 192
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 181
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 192
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 205
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.

Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

11:57 175
.

Kamboca Baş naziri rəsmi qarşılandı - Fotolar

Bu gün Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş nazir

10:57 155
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

11:33 173
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 201
.