"İsrail İranı tam susdura bilmədi, İran isə istədiyi strateji nəticəni əldə edə bilmədi" - Politoloq

"İsrail İranı tam susdura bilmədi, İran isə istədiyi strateji nəticəni əldə edə bilmədi" - PolitoloqABŞ Prezidenti Donald Trampın administrasiyası İsrail hakimiyyətinə bildirib ki, İran atəşkəsi pozacağı təqdirdə Təl-Əvivin lazım bildiyi şəkildə cavab vermək imkanı olacaq.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, bölgədə vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalacaq. Atəşkəs müvəqqəti sakitlik təmin etsə də, əsas problemlər hələ həllini tapmayıb. İranın mövcud hakimiyyəti və nüvə proqramı davam etdiyi müddətdə İsrail üçün təhlükə aradan qalxmayacaq:

"İsrail ilə İran arasında 12 gün davam edən gərginlik müharibə kimi qiymətləndirilsə də, klassik anlamda total müharibə deyildi. Tərəflər aviasiya və raket hücumları həyata keçirdi, hər iki tərəfdə ciddi itkilər oldu. Lakin quru əməliyyatlarının olmaması, həmçinin hava və dənizdən desant hücumlarının baş verməməsi bu qarşıdurmanın xarakterini dəyişdi. Bu, daha çox yüksək texnologiyalı və informasiya müharibəsinə yaxın bir qarşıdurma idi.
ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs tam şəkildə icra olunmasa da, müvəqqəti sülh vəziyyəti yarandı. Buna baxmayaraq, hər iki tərəf özünü qalib elan etdi. İsrail Baş naziri Benyamin Netanyahu xalqa etdiyi videomüraciətdə İsrailin İran üzərində "tarixi qələbə" qazandığını bəyan etdi. Onun sözlərinə görə, İsrail iki əsas təhlükəni aradan qaldırıb: İranın nüvə proqramını dondurmaq və 20 min ballistik raket təhlükəsini neytrallaşdırmaq.
Netanyahu vurğuladı ki, İranın nüvə silahı olmayacaq və bu istiqamətdə istənilən cəhd qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən, İranlılar da Tehranda toplaşaraq "qalibiyyət bayramı" etdilər və müqaviməti dəstəklədiklərini, xarici təhdidlərə qarşı dayanacaqlarını bəyan etdilər.
Hər iki tərəfin "qalibik" iddiaları daha çox informasiya və daxili siyasət meydanında atılan addımdır. Reallıq isə ondan ibarətdir ki,İsrail İranı tam susdura bilmədi, İran isə istədiyi strateji nəticəni əldə edə bilmədi. Qarşılıqlı zərbələr vuruldu, strateji obyektlər zədələndi, itkilər oldu və hər iki tərəf daha böyük müharibədən qaçaraq atəşkəsə razılaşdı.
Bu hadisə göstərdi ki, müasir müharibələrdə tərəflərin bir-birinə üstün gəlməsi klassik mənada asan deyil. Texnoloji və informasiya müharibəsi bir-birinə qarışır və qalibiyyət təəssüratı yaratmaqla kifayətlənilir. Həqiqətdə isə ortada tam qalib yoxdur sadəcə, hər iki tərəfin yarımçıq uğurları və dərinləşmiş düşmənçilik mövcuddur.
Faktiki olaraq, əldə olunan atəşkəs qəti sülh deyil, müvəqqəti sakitlikdir. Xüsusilə qeyd etmək lazımdır ki, İsrail hədəflərinə tam nail olmayıb. Gərginlik yaxın gələcəkdə yenidən alovlana bilər. İsrailin əsas məqsədi sadəcə nüvə obyektlərini zərərsizləşdirmək deyil, İran rejiminin dəyişdirilməsi və ölkənin parçalanmasıdır. Bu isə hərbi əməliyyatlarla həyata keçməsi mümkün olmayan, uzunmüddətli strateji hədəfdir.
İsrail üçün İran təkcə nüvə proqramı deyil, həm də regiondakı siyasi və hərbi təsiridir. Buna görə münaqişənin hərbi fazası qədər siyasi və təhlükəsizlik aspektləri də böyük önəm daşıyır. İndiyədək İsrail bu hədəfə tam çata bilməyib. İran rejimi mövcudluğunu qoruyur, nüvə proqramı tam dayandırılmayıb və ölkədə siyasi sabitlik pozulmayıb.
Bütün bunlar onu göstərir ki, bölgədə vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalacaq. Atəşkəs müvəqqəti sakitlik təmin etsə də, əsas problemlər hələ həllini tapmayıb. İranın mövcud hakimiyyəti və nüvə proqramı davam etdiyi müddətdə İsrail üçün təhlükə aradan qalxmayacaq. Nəticədə gərginlik yenidən baş qaldıra, daha sərt şəkildə davam edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak

15:40 88
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

16:30 0
.

Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar

15:30 90
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 247
.

Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind

13:50 146
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

15:30 98
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, nizam-intizamın və sağlam mühitin təminatıdır

"Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, mənəvi dəyərləri öyrəndiyi, sosial münasibətlər qurduğu və gələcək həyata hazırlaşdığı mühüm tərbiyə məkanıdır. Bu baxımdan, məktəblərdə vahid məktəbli formasının tətbiqi təkc

13:16 173
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

00:19 277
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

11:45 155
.