Market arabalarına minib, video çəkənlər - Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur

Market arabalarına minib, video çəkənlər - Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulurYəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur.

Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında video çəkilib. Baxanda asanlıqla görmək olur ki, ayaqlar arabanın səthinə toxunur. Sonra isə hansısa birimiz o arabaya aldığımız ərzaqları qoyacağıq, həm də heç nədən xəbərimiz olmadan. Bilməyəcəyik ki, bura kiminsə ayağı toxunub, kimsə oturub, video çəkib.

Maraqlısı budur ki, həmin video çəkiləndə market rəhbərliyi hara baxıb? Hər yer kamera olduğu halda niyə bir nəfər çıxıb bir söz deməyib?

Məsələ təkcə bununla da yekunlaşmır. Bəzi valideynlərin də hərəkəti "trend" yaradan "tiktok" fenomenlərindən fərqlənmir. 3-4 yaşlı uşaqlarıyla başa çıxa bilməyənlər onları ayaqqabısı olduğu halda həmin arabalara oturdurlar. Kənardan baxanda məsumcasına görünən bu hərəkət isə bir çox istehlakçıları narahat edir. Bir qisim isə əksinə: Bildirirlər ki, "onsuz da, aldıqlarını evə gedəndə yuyursunuz. Ayaqqabı toxunsa nə olacaq ki?".

Bəzi böyük marketlərdə məhz azyaşlıların oturması üçün arabalar var. Lakin onlar dura-dura digər arabalara çirkli ayaqqabı və geyimlərlə minilməsi heç bir halda yolverilməz kimi görünür. Bu tip görüntülər insanların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə çoxları bunu "antisanitariyanın bariz nümunəsi" adlandıraraq market rəhbərliyini məsuliyyətli olmağa çağırır. Vətəndaşlar hesab edir ki, mağazalarda "arabada oturmaq qadağandır" tipli xəbərdarlıqlar asılmalı, işçilər də belə hallara qarşı xəbərdarlıq etməlidirlər.

"Qida təhlükəsizliyi haqqında" qanuna görə ərzaq məhsullarının satışı və daşınması zamanı sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır. Market rəhbərliyi ərzaqla təmasda olan vasitələrin təmizliyinə görə məsuliyyət daşıyır.

Görünən odur ki, ticarət və ictimai iaşə obyektlərində bu cür mənfi hallar ictimai qınağa məruz qalmayınca, hələ hər kəs ürəyi istəyəni, ağlına gələni edəcək.

Lent.az-ın sorğusuna məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, daxil olan şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılıb və iri ticarət şəbəkələrinə məktub ünvanlanıb.

"Təkərli hərəkət edən market arabaları qida və qeyri-qida məhsullarının daşınması üçün nəzərdə tutulub. Uşaqların ayaqqabı ilə həmin arabaların içərisində daşınması və hərəkət etdirilməsi qida məhsullarında çarpaz çirklənməyə şərait yaradır ki, bu da istehlakçılarda haqlı narazılıqlara səbəb olur.

"Qida təhlükəsizliyi haqqında" Qanunun 18.1-ci maddəsinə əsasən, qida və yem məhsullarının saxlanması və daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir.

Ticarət şəbəkələrinin rəhbərləri tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalıdır. Buna görə məsuliyyət daşıyırlar.

Qeyd olunan hallarla qarşılaşan istehlakçılar hüquqlarının müdafiəsini ticarət şəbəkələrinin məsul şəxslərindən tələb edə, eyni zamanda Agentliyin "1003 – Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 899   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

16:12 141
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 177
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 128
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ

18:15 109
.

Sabah leysan yağacaq

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə

16:13 184
.

Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl

17:06 172
.