Bakı və İrəvanı"Orta Dəhlizin regionana təsirləri ilə bağlı məsələlərdə ortaq baxışları hələ də formalaşmayıb" - Politoloq
"Çində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşdə tərəflər arasında sülhün əldə edilməsi, regionda stabilliyin bərqərar olmasına xidmət edəcək konstruktiv müzakirələrin bundan sonra da davam etdirilməsi barədə razılıqlar əldə edilmişdir. Hər iki tərəf Vaşinqton razılaşmasının tərəflər arasında münasibətlərdə qarşılıqlı etimada əhəmiyyətli təsir göstərdiyini vurğulasalar da, məlum olmuşdur ki, Bakı və İrəvanın Orta Dəhlizin region və ətrafındakı geosiyasi vəziyyətə perspektiv təsirləri ilə bağlı məsələlərdə ortaq baxışları hələ də formalaşmayıb".
Bu sözləri politoloq Elşən Manafov BiG.AZ-a bildirib.
O qeyd edib ki, müzakirələr zamanı Azərbaycan prezidenti İlham Əliyevin Orta Dəhlizlə bağlı Zəngəzur dəhlizi ifadəsi işlətməsi Paşinyan tərəfindən narazılıqla qarşılanıb. Paşinyanın fikrincə, bu ifadə Vaşinqton razılaşmalarının ruhuna ziddir və region ətrafında perspektivdə ABŞ-ın maraqlarına cavab verməyəcək vəziyyətin formalaşmasına hesablanıb. Paşinyan yolun Trampın sülh və rifah yolu adlandırılmasında israrlıdır. Bu isə onun qlobalist dairələrlə bağlılığından irəli gələn mövqedir, hərçənd Paşinyan Trampın qlobalistlərin dünya nizamı ilə bağlı baxışlarını bölüşmədiyinin fərqinə varır. Bununla belə, o, diletantlıq edir:
"Prezident Əliyev ifadədən asılı olmayaraq Orta Dəhlizin, o cümlədən Şimal–Cənub dəhlizinin regionun logistik imkanlarının və əhəmiyyətinin artmasındakı məsələlərin mahiyyətinə varır. Digər tərəfdən, Çində keçirilən görüşdə dəhlizin "amerikansayağı" kodlaşması rəsmi Pekinin "Bir kəmər, bir yol" layihəsinin qarşısına sipər çəkmək istəyən ABŞ-ın maraqlarına köklənmək anlamında da Çin rəhbərliyi tərəfindən qəbul edilə bilər. Azərbaycan isə Çinin məlum layihəsinə dəstək verən 150 dövlətdən biridir və Çinin Azərbaycanla ikitərəfli iqtisadi və ticarət münasibətlərinə, Azərbaycanın logistik imkanlarına böyük əhəmiyyət verdiyini bilir. Üstəlik, Şimal–Cənub dəhlizi və onun Azərbaycanın və bütövlükdə regionun iqtisadi baxımdan inkişafında oynaya biləcəyi rol rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir, zira Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzvləri də bu layihəni dəstəkləyir. Azərbaycan dəhlizlərlə bağlı məsələlərə qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsi ampluasında yanaşır. Ermənistanın bu baxımdan seçim etmək imkanları müəyyən mənada məhduddur, zira onun indiki iqtidarı bölgədə geosiyasi durumun qlobalist dairələrin xeyrinə dəyişməsi üçün bəlli dairələr qarşısında məsuliyyət daşıyır.
Prezident Əliyevin "Zəngəzur dəhlizi" ifadəsini Paşinyanın narahatlıqla qarşılaması, həm də ölkənin daxilindəki etirazçı qüvvələr və elektorat tərəfindən təzyiqin güclənməsi kontekstində qəbul oluna bilər. Müxalifət, erməni apostol kilsəsi ilə birgə onsuz da onu Azərbaycanla danışıqlarda təslimçi mövqe sərgilədiyinə görə ittiham edirlər. Görünür, bu siyasi riyakarlığı ilə Paşinyan gələn ilki seçkilər ərəfəsində ona ola biləcək təzyiqlərin güclənməsinə yol verməmək istəmişdir və istisna deyil ki, bu jest həm də daxili auditoriyaya hesablanmış ritorikadır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 980 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək
"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda
17:28 149 Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini
16:12 141 Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır
"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş
14:12 177 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
18:01 123 "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər
11:10 128 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
16:53 144 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
18:15 109 Sabah leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə
16:13 184 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
17:06 172